Dünya Bankı əmtəə bazarlarındakı vəziyyət və gözlənilən proqnozlarla bağlı hesabatını açıqlayıb.
Tarixdə ilk dəfə - NVIDIA-nın dəyəri 5 trilyon dolları keçdi
FED.az xəbər verir ki, Dünya Bankının hesabatında 2026-cı ildə dünyada əmtəə qiymətlərinin son 6 ilin ən aşağı səviyyəsinə enməsi gözlənilir.
FED dollar üzrə faiz dərəcələrini yenə endirdi – Powell-dən açıqlamalar
Bank hesab edir ki, bu il qlobal neft profisiti (yəni təklifin tələbi üstələməsi – bazarda neft artıqlığı – FED.az) bu il əhəmiyyətli dərəcədə artıb, bu profisitin gələn il də artması gözlənilir. Nəticədə elə bir vaəziyyət yaranacaq ki, dünyadakı neft artıqlığı neft ölkələri üçün fəlakətli olan 2020-ci ildəki artıqlıqdan da 65% çox olacaq.
Hesabatda, bildirilir ki, iqtisadi qeyri-müəyyənlik dövründə pulları saxlamaq üçün etibarlı sığınacaq sayılan qızılın qiyməti 2025-ci ildə 42%, gələn il isə 5% artacaq. Nəticədə gələn il qızılın orta qiyməti 2015-2019-cu illər ortalamasının iki qatına yüksələcək.
Dünya Bankının hesabatında deyilir ki, əmtəə qiymətlərinin 2026-cı ildə altı ilin ən aşağı səviyyəsinə düşəcəyi gözlənilir ki, bu da ardıcıl dördüncü eniş ilini qeyd edir.
Əmtəə qiymətlərinin bu il və gələn il 7 faiz azalacağı proqnozlaşdırılan hesabatda, buna səbəb olaraq - zəif qlobal iqtisadi artım, artan neft profisiti və davam edən qeyri-müəyyənliyi göstərilib.
Hesabatda qeyd olunub ki, enerji qiymətlərinin düşməsi qlobal inflyasiyanın azalmasına kömək edib, düyü və buğda qiymətlərinin düşməsi isə bəzi inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərinin daha əlverişli olmasına səbəb olub.
Hesabatda son enişlərə baxmayaraq, əmtəə qiymətlərinin hələ də pandemiyadan əvvəlki səviyyələrin üzərində olduğu bildirilir. Bank elan edib ki, 2025 və 2026-cı illərdə qiymətlər 2019-cu ildəki səviyyədən müvafiq olaraq 23 faiz və 14 faiz yuxarı olacaq.
Neftin ucuzlaşması gözlənilir
Dünya Bankının hesabatında neft ölkələri üçün olduqca xoşagəlməz proqnoz yer alıb. Burada bildirilir ki, qlobal neft profisiti bu il nəzərəçarpacaq dərəcədə artıb və bu profisit gələn il 2020-ci ildəki son zirvədən 65 faiz artıq olacaq.
Elektrikli və hibrid avtomobillərə artan tələb və Çində neft istehlakının durğunluğu səbəbiylə qlobal neft tələbinin daha yavaş artdığı qeyd edilən hesabatda bildirilir ki, «Brent» markalı neftin qiyməti bu il orta hesabla 68 dollara, 2026-cı ildə isə 60 dollara enməsi gözlənilir. Bu son 5 ildə neftin ən ucuz qiymətidir.
Hesabatda elektrik enerjisi qiymətlərinin ümumiyyətlə 2025-ci ildə 12 faiz, 2026-cı ildə isə 10 faiz azalacağı gözlənilir.
Ərzaq qiymətləri də azalır - 2025-ci ildə 6,1 faiz, 2026-cı ildə isə 0,3 faiz azalma proqnozlaşdırılır.
Hesabatda qeyd olunub ki, bu il rekord istehsal və ticarət gərginliyi səbəbindən soya qiymətləri azalıb və yaxın iki ildə stabilləşəcək, tədarük şərtləri yaxşılaşdıqca qəhvə və kakao qiymətlərinin isə 2026-cı ildə azalacağı proqnozlaşdırılır.
Hesabatda gübrə qiymətlərinin 2025-ci ildə 21 faiz artacağı, 2026-cı ildə isə 5 faiz azalacağı gözlənilir ki, bu da artan giriş xərcləri və ticarət məhdudiyyətlərini əks etdirir. Əlavə etdi ki, bu ilki artım fermerlərin mənfəət marjasını daraldacaq və gələcək məhsul məhsuldarlığı ilə bağlı narahatlıqları artıracaq.
Qızılın qiymətində artım gözlənilir
Dünya Bankının hesabatında bildirilir ki, qiymətli metalların qiymətləri bu il rekord həddə çatıb. Üstəlik mərkəzi bankların təhlükəsiz aktivlərinə tələbatının artımı da qiymət artımına səbəb olub.
Hesabatda qeyd edilir ki, iqtisadi qeyri-müəyyənlik dövründə etibarlı yatırım sayılan qızılın qiyməti 2025-ci ildə 42%, gələn il isə 5% artaraq 2015-2019-cu illər ortalamasının iki qatına çatacaq.
Gümüş qiymətlərinin isə bu il 34 faiz artaraq rekord illik orta səviyyəyə çatacağı, 2026-cı ildə isə 8 faiz artacağı gözlənilir.
Dünya Bankının hesabatında qeyd edilib ki, qlobal artım zəif qalsa və ticarət gərginliyi və siyasətdəki qeyri-müəyyənliklər proqnoz dövrü ərzində davam edərsə, əmtəə qiymətləri gözləniləndən daha çox düşə bilər.













