ABŞ Federal Ehtiyat Sistemi (FED) oktyabrın 28-29-da keçirdiyi iclasda faiz dərəcəsini daha 25 baz bəndi aşağı salaraq 3,75-4 faiz aralığına endirib.
Texnologiya nəhəngi NVIDIA investorları sevindirir - SƏHMLƏR KƏSKİN BAHALAŞDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il ərzində ikinci faiz endirimi olub.
ABŞ Federal Ehtiyat Sisteminin budəfəki qərarı gözlənilən olub – belə ki, «Bloomberg» agentliyinin sorğusuna qatılan iqtisadçılar da 25 bəndlik azalma gözləyirdilər.
Xatırladaq ki, FED sonuncu dəfə sentyabr iclasında faiz dərəcələrini 25 baza bəndi endirdi və bu, ötən dekabrdan bəri ilk enmə olmuşdu.
Faiz azaltma qərarının əleyhinə çıxanlar olub
FED.a-ın bu dəfəki faiz azaltma qərarı ilə hamı razı olmayıb. Belə ki, qərar 2 nəfər əleyhinə olmaqla 10 səslə qəbul edilib. FED üzvü Stiven Miran 50 baz bəndlik azalmaya səs verib. Digər üzv Cefri Şmidt isə məzənnənin dəyişməz qalmasına səs verib.
Qərarın mətnində inflyasiyanın ilin əvvəlindən artdığı və bir qədər yüksək olaraq qaldığı bildirilib. Eyni zamanda işlə bağlı risklərə diqqət çəkilib. Həmçinin qeyd olunub ki, iqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik yüksək olaraq qalır.
Pauelldən açıqlamalar
Qərarın ardından keçirilən mətbuat konfransında çıxış edən FED sədri Jerome Powell, bildirib ki, dekabr ayında da növbəti faiz endiriminin olacağına əmin deyil: «Komitənin bu iclasdakı müzakirələri zamanı dekabr ayında necə davam edəcəyi ilə bağlı ciddi fikir ayrılıqları oldu. Dekabr iclasında siyasət faizinin daha da aşağı salınacağı dəqiq deyil».
Pauell bildirib ki, inflyasiya üçün risklər yuxarıya, məşğulluğa isə aşağıya doğrudur. FED rəhbəri onu da deyib ki, ölkə üzrə iqtisadi artım gözləniləndən daha güclü ola bilər.
Qeyd edək ki, son aylar ABŞ prezidenti Donald Tramp FED-ə təzyiq edərək faizlərin endirilməsini tələb edirdi. Son iki iclasdır ki, FED bu qərarları verməyə başlayıb.













