Dünən ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini 5.25-5.5% səviyyəsində saxlaması fonunda dollar major valyutalar qarşısında ucuzlaşıb. Hal-hazırda EUR/USD valyuta cütlüyü 1.0597, USD/JPY isə 150.43 səviyyələrində ticarət olunur.
Mətbuat konfransında FED sədri Cerom Pavel iqtisadi artımın sabit olduğu təqdirdə yeni faiz artımına gediləcəyini istisna etməyib. Eyni zamanda, tənzimləyici qurumun sədri istiqrazların gəlirliliyinin artması fonunda maliyyə və kredit şərtlərinin sərtləşdiyini qeyd edib.
Dolların zəifləməsi qızılın bir qədər bahalaşmasına təsir edib. Hal-hazırda “qiymətli metal” 1985$ səviyyəsində ticarət olunur.
Eyni zamanda dünən ABŞ-dan açıqlanan Özəl Sektorda Yeni Yaranan İşyerlərinin sayı göstəricisi sentyabr ayı ilə müqayisədə 89 mindən 113 minə artıb. “JOLTS” Boş İşyerləri Hesabatı göstəricisi isə 9.250 milyon proqnoz olunsada, 9.553 milyon səviyyəsində dərc olunub.
Bugün Bakı vaxtı ilə saat 16:00-da İngiltərə Mərkəzi Bankının faiz qərarı və 16:30-da ABŞ-dan İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayındakı Dəyişikliklər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.