Bitkoin 1 həftə ərzində 1 389 dollar bahalaşıb.
FED.az xəbər verir ki, Bitkoin bir həftə ərzində 18,5% və ya 1 389 dollar bahalaşaraq 8 min 910 dollara çatıb.
Ümumiyyətlə, Bitkoin bu həftə ərzində minimum 7 min 522 dollar, maksimum 9 min 441 dollar olub.
Qeyd edək ki, Bitkoin kriptovalyutasının dəyəri 2020-ci ildə maksimum 10min 337 dollar, minimum 4 min 474 dollar olub. Bütün dövrlər üzrə isə maksimum dəyəri 20 min 89 dollar (17.12.2017), minimum dəyəri 65,5 dollar (05.07.2013) olub.