Elektrikli avtomobillər istehsal edən “Tesla”nın yaradıcısı və CEO-su Elon Musk dünən Twitter hesabında atdığı “Məncə, “Tesla”nın səhmləri çox bahalıdır” tvitindən sonra “Tesla”nın səhmləri 15 milyard dollar ucuzlaşıb.
Eləcə də bax: Bitkoinin dəyəri 1 həftədə - 18,5% ARTIB
FED.az-ın məlumatına görə, paylaşımdan sonra “Tesla”nın bazar dəyəri 144 milyard dollardan 129 milyard dollar düşüb.
Musk-ın tvitlərindən sonra Teslanın insan resursları rəhbəri ABŞ fabrikindəki işçilərə "ödənilməyən məzuniyyətlərin başqa bir həftə uzadılacağını" bildirib. Şirkətin səhmləri 10% düşüb.
Xatırladaq ki, Elon Musk 2018-ci ildə “Tesla”nın gələcəyi ilə bağlı atdığı tvitə görə, 20 milyon dollar cərimə edilmişdi. O həmçinin şirkətin rəhbərliyini də tərk etməli olmuşdu.