Kriptovalyuta bazarında qiymətlər enməyə başlayıb. Bitkoin uzunmüddətli tənəzzülə düşə, və qiyməti 77 min dollara qədər enə bilər.
Maliyyə Nazirliyi 3 bankda 550 milyon manat - DEPOZİT YERLƏŞDİRDİ
FED.az xəbər verir ki, bitkoin artıq bir neçə gündür ki, 100 min dollarlıq həddən aşağı düşüb və hazırda 95 min dollar tərafında ticarət edilir.
Kriptonun qiyməti son 1 ayda 15 min dollar aşağı düşərək 110 min dollardan 95 min dollara qədər geriləyib.
Ekspertlər bildirir ki, ucuzlaşmanın səbəbi ABŞ iqtisadiyyatının vəziyyəti ilə bağlı məlumatlar, hökumətdəki şatdaunun başa çatması, eləcə də süni intellekt şirkətlərinin səhmləri ətrafındakı ajiotajın dayanmasıdır.
Nəticədə investorların bir hisəsi pullarını bitkoindən çıxarmaqda davam edir. Üstəlik, ekspertlər bildirir ki, bitkoinin ucuzlaşması bundan sonra da davam edə bilər.
“Goldman Sachs”dan birja tövsiyələri – «TƏK ABŞ SƏHMLƏRİNƏ ARXAYIN OLMAYIN»
Ekspertlər hesab edir ki, bitkoin uzunmüddətli korreksiyaya başlayaraq qiyməti 77 min dollara enə bilər. Bitkoinlə yanaşı, ənənəvi olaraq «Ethereum» da ucuzlaşıb – qiymətini 11% itirərək 3120 dollara enib.
Dünyada brilyantlar da bahalaşır – QİYMƏTLƏR
"Kriptovalyuta bazarının enişi ABŞ indekslərinin azalması fonunda baş verir ki, bu da riskli aktivlərə təsir edən qlobal amillərdən xəbər verir. İnvestorlar alınan çipləri idarə etmək üçün kifayət qədər gücün olmaması və süni intellekt xidmətlərinin daha uzun geri ödəmə müddəti, eləcə də yüksək kapital xərcləri səbəbindən süni intellekt sektorundan tədricən məyus olurlar. Bu isə SP500 şirkətlərinin əksəriyyətinin gəlirliliyinin azalması və ABŞ iqtisadiyyatının gələcəyi ilə bağlı narahatlıqlar fonunda baş verir", - deyə Grinex kripto birjasının mətbuat xidməti qeyd edib.
«WhiteBird»in Birja Ticarətinin Müdir müavini Yan Pinçuk qeyd edir ki, əlavə bir amil Bitcoinin 100 000 dollarlıq səviyyəyə çatması idi və bu da satışları artırdı.
Bitkoinin gələn ilə gözlənilən qiymətinə gəlincə, «Grinex» şirkəti bildirir ki, 2026-cı ildə qlobal bazarlarda artan qeyri-müəyyənlik səbəbindən, qiymətlərin yüksəlməsi şansları xeyli azalıb.
"İlin sonuna qədər ənənəvi Santa Rallisini (dekabrın son həftəsində və yanvarın ilk həftəsində Bitcoin qiymətlərinin artması) artıq görməyəcəyik", - deyə onlar yekunlaşdırıblar.
«GIS Mining» şirkətinin baş direktoru Vasili Girya isə hesab edir ki, Bitcoin hələ də 95 000-105 000 dollar aralığında qala bilər, amma bu həddə əhəmiyyətli bir irəliləyiş olarsa, «Bitcoin» növbəti hədəfləri 87 000 və 77 000 dollar olacaq.
Digər ekspertlər isə bildirir ki, Bitcoinin hazırda 94 min dollara enməsindən sonra 100 min dollarlıq həddə qayıtması daha realdır.













