Kriptovalyuta bazarı yenidən canlanmağa başlayacaq.
Bu barədə FED.az-a kriptovalyuta bazarı üzrə ekspert, Azərbaycanda yeni yaradılmış ONMA sosial şəbəkəsinin yaradıcısı Qurbanəli Ömər bildirib.
ELƏCƏ DƏ BAX: Bitcoin sürətlə bahalaşır
Qeyd edək ki, son günlər bitkoinin qiymətində sürətli bahalaşma müşahidə edilir. FED.az xəbər verir ki, bu gün dekabrın 19-da bitkoinin qiyməti 3943 dollara yüksəlib. Halbuki düz iki sutka əvvəl bitkoinin qiyməti 3 253 dollar idi. Başqa sözlə, iki gün ərzində bitkoin 21,2% bahalaşıb.
Ekspert hesab edirki, bahalaşmanın əsas səbəbi Bitkoinin son günlər dəfələrlə eniş yaşamasına baxmayaraq, 3000 dolların altına düşməməsi və psixoloji həddə dirənməsi olub. Halbuki, bəzi ekspertlər hələ də qiymətlərin 2000 dollara qədər düşə biləcəyini ehtimal edirlər: «Tez-tez ciddi dəyər qazanması və düşməsinə baxmayaraq, bu il həm Bitkoninin, həm də, digər kriptovalyutaların qiymətində ciddi azalma müşahidə olunub. Hər dəfə düşüş yaşadıqdan sonra bir müddət özünü toparlayan koinlərin qiyməti, növbəti mərhələdə yenidən enməyə başlayıb».
Ekspert bildirir ki, bazardakı brokerlər bu üsuldan istifadə etməklə bitkoin ehtiyatı toplayıblar: «Bu dalğalanmadan ciddi gəlir əldə edən brokerlər fürsətdən istifadə edərək, həm əllərindəki koin sayını artırdırdılar, həm də daha aşağı qiymətdən bazardan kriptovayuta topladılar».
Qiymətlərin artmasının bir əsas səbəbi də son günlər dünya mediasında kriptovalyutalarla bağlı çıxan müsbət xəbərlərdir. Belə ki, dünyanın ən böyük pul köçürmə sistemlərindən biri olan “Western Union” kriptovalyutaları qəbul edə biləcəyini açıqlayıb.
ABŞ-da isə konqresmenlər kriptovalyutalarla bağlı qanun layihəsi irəli sürüblər: «Təbii ki, bütün bunlar həm pioner kriptovalyuta olan Bitkoinin həm də, arxasında sözün həqiqi mənasında ciddi platformalar dayanan koin və tokenlərin də dəyərində artıma səbəb olub».
Q.Ömər bildirir ki, blokçeyn texnologiyası ilk dəfə məhz Bitkoinə görə yarandığından onunla bağlı çıxan hər bir müsbət xəbər də kriptovalyuta bazarına təsirsiz ötüşmür: «Bu gün Blokçeyn texnologiyasını artıq bütün dünya qəbul edib, onunla maraqlandığını, araşdırdığını, tətbiq etmək istədiyini söyləyənlərin sayı isə hər gün artmaqdadır».
Bitkoinin həm ilk kriptovalyuta olması, həm də 90% hallarda digər koinləri almaq üçün ona müraciət olunması, bazarda onun liderliyini qoruyub saxlayır. Ancaq ekspert bildirir ki, bu gün Bitkoindən də həm texnoloji, həm iqdisadi, həm də digər səbəblərdən prespektivli kriptovalyutalar var: «Buna görə də əminliklə demək olar ki, kriptovalyutalar gələcək iqdisadiyyatın təməl daşıdır. Ancaq bunun Bitkoin və ya digər altkoinlərdən hansının olub-olmayacağını söyləmək çətindir. Çünki, Ethereum, Waves və s. bu kimi öz platformaları və komandaları olan olan kriptolar ola bilsin ki, gələcəkdə Bitkoinə ciddi rəqib olsunlar».
Ekspert buna misal olaraq Waves kriptovalyutasını misal göstərir: «Onu da qeyd etmək istərdim ki, son günlər 90 centlik dibi görən Waves kriptovalyutası etdiyi ciddi yeniliklərdən sonra bu gün 4 dollar 20 centə qədər yüksəlib, təkcə dünəndən bu yana 50% dəyər qazanıb. Məhz buna görə də, «Bitkoin 20 min dollardan düşdü, bir daha ora qədər qalxa bilməz»-deyə, araşdırmadan neqativ proqnozlar vermək doğru deyil. Yenidən 20 min dollara, hətta 50 min dollara yüksələ bilər. Bura 120 milyard dollarlıq bir bazardır və burakı koinlərin qiymətini tələb- təklif formalaşdırır»-deyə Q.Ömər bildirir.
Bitkoin 20% bahalaşıb – PROQNOZ: “Bundan sonra da artacaq”
19:18
19 Dek 2018