25 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında faktorinq şirkəti “Ferrum Kapital” QSC-nin kapital bazarlarında istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
FED.az Birja-ya istinadən xəbər verir ki, 5 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Açılış mərasimində emitent olaraq “Ferrum Kapital” QSC-nin icraçı direktoru Arif Əliyev, birja üzvü və anderraytinq tərəfindən “Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş menecer müavini Tələt Kalayev, BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “Ferrum Kapital” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildiriblər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.