Azərbaycanın tanımış çörək istehsalı müəssisəsi olan “Bakıxanov-Çörək” ASC səhmdarlarına dividend ödəyəcək.
Azərbaycanda daha bir şirkət səhmdarlara - DİVİDEND ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, 30 iyun 2022-ci il saat 11.00-da Bakıxanov qəsəbəsi, Meh¬mandarov küçəsi 37 A nömrəli ünvanda, “Badukubə” şadlıq evində “Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda ASC-nin 2021-ci il üzrə illik hesabatının təsdiqi, 2021-ci ilin nəticələri üzrə dividendlərin verilməsi, ASC-nin müfəttişinin seçilməsi kimi məsələlər müzakirə ediləcək.
Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda iş günləri saat 10.00-dan 16.00-dək tanış ola bilərlər.
Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.