Bakı şəhərində fəaliyyət göstərən Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1703474761) təşkilati-hüquqi formasını dəyişərək “Azimat Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu səbəbdən şirkət bütün qiymətli kağızların (səhmlərin) dövriyyədən çıxarıldığını elan edir. Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi AZ1001025274, adi, sənədsiz adlı səhm, nominal dəyəri 10 AZN, ümumi miqdarı 200 ədəd təşkil edir. Qiymətli kağızların geri satın alınması nəzərdə tutulmayıb.
Qeyd edək ki, şirkət 2022-ci ildə VÖEN alıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Bəxtiyarova Nuranə Samid qızıdır. MMC-nin hüquqi ünvan: Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov, ev 38, m 27 ünvanında yerləşir.















