CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 16-da 73,79 dollar/barel təşkil edib.
FED.az xəbər verir ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 3,06 dollar dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 16-da 72,92 dollar/barel təşkil edib. Bu isə əvvəlki qiymətdən 3,04 dollar/barel ucuzdur.