Azərbaycan Milli Depozit Mərkəzi tərəfindən 01 aprel 2026-cı il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının buraxdığı, AZİR-ə (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsaslanan dəyişən faizli (floating rate) istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.
Avropa bankının manat istiqrazları üzrə ilk kupon ödənişi ediləcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1586,22 (bir min beş yüz səksən altı manat 22 qəpik) manat təşkil edir.
Qeyd edək ki, nominal dəyəri 100 000 manat olan, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində uğurla baş tutmuşdur.












