Yanvarın 5-də Milli Depozit Mərkəzi tərəfindən (MDM) Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən buraxılan dəyişən faizli (floating rate) istiqrazlar üzrə ilk kupon ödənişi həyata keçiriləcək.
Bu barədə FED.az-a MDM-dən bildirilib. Qeyd edilib ki, bir istiqraz üzrə kupon ödənişinin məbləği 1 853.33 AZN təşkil edir.
Qeyd edək ki, nominal dəyəri 100 min AZN olan AZ2001028169 dövlət qeydiyyat nömrəli istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində baş tutub.











