Ötən həftənin sonu ABŞ-da inflyasiya göstəricilərinin proqnozlaşdırıldığı kimi geriləməsi dolların kəskin ucuzlaşmasına səbəb oldu. Nəticədə dollar indeksi 101.60 bənd hədlərinə kimi gerilədi. “Ayı”lar eniş tendensiyasını davam etdirə bilsələr, DXY 100 bənd səviyyəsini test edə bilər.
Birjada necə qazanırlar? 2022-də valyuta bazarının lideri – ABŞ DOLLARI OLUB - INVESTAZ TƏQDİM EDİR
Birjada necə qazanırlar? - 2022-də əmtəə birjalarında nə baş verdi? – ƏSAS DƏYİŞİKLİKLƏR - INVESTAZ TƏQDİM EDİR
Təhlillərə əsasən Dollar indeksində eniş tendensiya dərinləşərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.09$ və 1.23$-a kimi bahalaşa bilərlər.
Eyni zamanda gün ərzində Almaniyada və Kanadada açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin, İngiltərədə dərc olunacaq əmək bazarına dair statistik rəqəmlər, eləcə də, Avrozonada və Almaniyada ZEW İqtisadi Aktivlik İndeksi kimi önəmli məlumatlar investorların diqqət mərkəzində olacaqdır.
Dolların kəskin ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1915$ həddini qıra bilsə, artım tendensiyası 1925$ və 1942$-a qədər davam edə bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.