2022-ci il - koronavirusun mənfi təsirləri hələ başa çatmadan başlayan Rusiya-Ukrayna müharibəsi və onun müxtəlif sahələrə təsiri özünü xüsusilə əmtəə bazarlarında göstərdi. Ötən il birja investorları ən müxtəlif əmtəələrin qiyət dəyişmələrini izlədilər. Bəzi proseslər isə indi də davm etməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı 2022-ci ildə dünyanın əmtəə birjalarındakı proseslər və onlara təsir edən amillərlə bağlı ölkənin aparıcı investisiya şirkəti olan «İnvetsAz»ın Tədris və Analiz Departamentinin müdiri Tusi Heydərovun şərhini təqdim edir:
Birjada necə qazanırlar? 2022-də valyuta bazarının lideri – ABŞ DOLLARI OLUB - İNVESTAZ TƏQDİM EDİR
Rusiya-Ukrayna müharibəsi və artan enerji qiymətləri səbəbiylə, xüsusilə 2022-ci ilin birinci rübündə əmtəə qiymətlərində rekord üstünə rekord qırıldı. Bunun ən mühüm səbəblərindən biri Rusiyanın enerji, kənd təsərrüfatı malları və metal istehsalında qabaqcıl ölkələr sırasında olmasıdır. Eyni zamanda artan enerji xərcləri və Rusiyaya tətbiq edilən sanksiyaların da bu artımlarda mühüm rol oynayıb.
Ölkələrin sənaye məhsullarına, xüsusilə ərzaq ixracına tətbiq edilən məhdudiyyətlər və proteksionist siyasətlər də kəskin dalğalanmalara səbəb olub.
Əmtəə bazarında yalnız geosiyasi risklər və tədarüklə bağlı narahatlıqlar effektli olmadı. Əmtəə bazarında satılan bir çox məhsul və alətlər 2022-ci ildə tarixi və ya son 10 ilin maksimum səviyyələrini görməsinə baxmayaraq, ili enişlə başa vurdu.
Əmtəələr üzərindəki təzyiqləri artıran əsas məqamlar
Rusiya-Ukrayna müharibəsindəki şiddətli qarşıdurmalara baxmayaraq, Çində “COVİD-19”-la bağlı narahatlıqların davam etməsi, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) başda olmaqla mərkəzi bankların sərt monetar siyasətləri, artan resessiya ehtimalları və tələbatın artması fonunda dollar keçən il əmtəələr üzərində təzyiqlərin artmasına səbəb oldu.
Geosiyasi risklər və təchizat problemləri əmtəə qiymətlərini yüksəltdiyi kimi, “COVİD-19”, bankların sərt pul-kredit siyasəti və qlobal iqtisadiyyatdakı resessiya ehtimalları ilə bağlı artan narahatlıqlar qiymətləri aşağı saldı.
Əmtəə bazarında yaşanan bu dilemma fonunda müşahidə olunan qeyri-sabitlik, qiymətlərin müəyyənləşdirilməsində çətinliklə yanaşı, iqtisadi aktivliklə bağlı problemlərə də səbəb olub.
Bu il ABŞ iqtisadiyyatı üçün mövcud resessiya ehtimalları son 40 ilin ən yüksək inflyasiyası ilə mübarizə aparmaq üçün sərt monetar siyasətin ölkəni tənəzzülə sürükləyəcəyi ilə bağlı narahatlıqlar fonunda daha da artıb.
Yüksək inflyasiya şəraitində aparıcı mərkəzi bankların ölkələrin tənəzzülə uğrama ehtimalına baxmayaraq, nə lazımdırsa, edəcəklərinə dair ortaya qoyduqları mövqeləri əmtəə bazarlarında risk iştahını azaldıb.
Rusiya ilə yaşanan təbii qaz böhranı da xüsusilə Avropa ölkələrini daha çətin vəziyyətlə üz-üzə qoydu.
“Mis və Pambıq” - qlobal iqtisadiyyatın iki əsas göstəricisi kimi
Əmtəə bazarında 2022-ci ildə məhsul əsaslı fərqlər qeydə alınıb. Xüsusilə metal tərəfdən mis və kənd təsərrüfatı tərəfində pambıq qlobal iqtisadiyyatın əsas göstəriciləri kimi çıxış edən əmtəələr oldu.
Geosiyasi risklərin və təklif qıtlığının əmtəə qiymətlərini artırdığı bəzi dövrlərdə resessiya ehtimalları ilə əlaqədar olaraq mis və pambıq qiymətlərində geriləmələr baş verdi.
Bu arada mis istehsalında qabaqcıl ölkələr arasında yer alan Peruda yerli əhalinin Las Bambas mədəninə etirazlarının misin qiymətinə yüksələn təsir göstərdiyi dövrlər olub.
Qiymətli metallara baxıldığında, xüsusilə FED-in sərt monetar siyasəti qızıl və palladiumu ucuzlaşdırsa da, gümüş və platinin qiymətləri yüksəldi.
Rusiya-Ukrayna müharibəsinin başlaması ilə tarixi zirvəsini görən palladiumun 2022-ci ili enişlə bağlaması əmtəə bazarında qiymətlərin qeyri-müəyyənliyini ortaya qoyur. Palladiumun ucuzlaşmasının səbəblərindən biri də avtomobil istehsalçılarının bahalaşma ilə əlaqədar platinə keçid etməsi qeyd edilə bilər.
Sözügedən dalğalanmadan ən çox nikel təsirləndi. Spekulyativ əməliyyatların güclənməsi, eləcə də təchizat problemləri ilə London Metal Birjasında (LME) 100%-dən çox bahalaşan və 100 min dollar səviyyələrini sınaqdan keçirən nikelin ticarət növbəsi 8 Martda dayandırıldı. LME-nin bu müdaxiləsindən sonra, il boyu nikeldə sərt hərəkətlər görüldü.
Dalğalanmalara səbəb olan amillər aktuallığını qoruyur
FED sədri Jerom Pavelin nikbin açıqlamaları və Çinin “Covid-19”-la mübarizə siyasətini yumşalda biləcəyi xəbərləri ilə 2022-ci ilin sonlarında əmtəə bazarında bir qədər rahatlıq olsa da, sözügedən dalğalanmalar davam etdi.
FED-dən sonra, Avropa Mərkəzi Bankının (ECB) və İngiltərə Bankının (BoE) yumşaq monetar siyasətə keçidlə bağlı ehtimalların müqabilində, "şahin" mövqeyini (yəni, sərt monetar siyasəti) davam etdirəcəklərinə dair gələn xəbərlər əmtəə bazarında kəskin dalğalanmaların davam etməsinə səbəb oldu.
Ötən il qiymətli metallarda qarışıq tendensiya müşahidə olunub:
2070.40$-la ən yüksək səviyyəsini görən qızılın 2020-ci ilin avqust ayından bu yana bir unsiya üçün qiyməti ucuzlaşaraq ili ümumilikdə 0,3% geriləmə ilə bağladı.
2021-ci ildə tarixi zirvəsini 3435.50$-da yaradan palladium isə 2022-ci ildə 5,9% ucuzlaşıb.
Ötən il gümüş 2,9%, platin isə 11% dəyər qazanıb.
Rusiya-Ukrayna müharibəsinin başlaması ilə "etibarlı liman maliyyə aləti" kimi artan tələb fonunda bahalaşan qızıl, mərkəzi bankların faiz artımlarının davam edəcəyi ritorikası ilə geriləyib.
Müharibənin səbəb olduğu qlobal tədarük zəncirindəki pozulma nəticəsində yarımkeçirici çip istehsalında əhəmiyyətli bir yerə sahib olan və bunun 40%-i dünya səviyyəsində Rusiyada olan palladium; əvvəlcə kəskin bahalaşsa da, sonra yerini eniş tendensiyasına verdi.
Analitiklər bu enişin səbəbi olaraq bildiriblər ki, palladium tarixi ən yüksək həddə çatdıqdan sonra, bu əmtəəyə tələb azalıb və qlobal sənayedə daha ucuz metallara keçid baş verib.
Bərpa olunan enerjiyə tələbat artdıqca gümüş qiymətləri yüksəldi. Beləki, gümüş günəş panellərinin tikintisində mühüm yer tutur.
Tarixi zirvəsini 4.9059$-la tarixi maksimuma yüksələn misin bir libr üzrə qiyməti 2022-ci ildə14,3% azalıb.
Birjadankənar bazarda alüminium 8%, sink 15,5% faiz dəyər itirərkən, qurğuşun 1,3%, nikel isə 45% bahalaşıb.
Rusiya qlobal metal tədarükündə mühüm rola malikdir. Ötən il geosiyasi risklər və təchizat problemləri nəticəsində metallarda yaşanan problemlərə baxmayaraq, qlobal iqtisadi fəaliyyətlə bağlı narahatlıqlar birjalarda daha təsirli olub.
Enerji məhsullarında kəskin bahalaşma müşahidə olunub
Keçən il enerji birjalarında əmtəə qiymətlərində kəskin artım qeydə alınıb.
Bazarlarda Rusiya-Ukrayna müharibəsinin yaratdığı tədarük narahatlığı səbəbindən martın 7-də 139$ səviyyəsini keçən “Brent” markalı neftin bir barel üçün qiyməti, bazarlarda qlobal resessiya ehtimallarının artması ilə narahatlıqlar fonunda ili 84$ səviyyəsində bağladı. Ümumilikdə “Brent” nefti 2022-ci ili 8,4 % artımla başa vurub.
Nyu-York Ticarət Birjasında 10$-ı keçərək 14 ilin ən yüksək səviyyəsinə çatan təbii qaz ötən il 20% bahalaşdı. Təbii qazın qiymətinin artmasına təsir edən amillərdən biri də qışın sərt keçəcəyi ilə bağlı proqnozlar olduğu müəyyən edilib.
ABŞ-da dəmiryol işçilərinin tətil edə biləcəyi ilə bağlı narahatlıqlar və “Freeport LNG”-nin “Texas LNG” ixracat obyektində yaşanan problemlər də təbii qazın bahalaşmasına səbəb olub.
Ötən il “Gazprom PAO” Kanadada təmirə verilmiş kritik “Siemens” turbin mühərrikini Rusiyaya qaytarmaq üçün lazımi sənədlərə malik olmadıqlarını, ona görə də qaz axınına zəmanət verə bilmədiklərini açıqlamışdı.
Həmçinin “Gazprom PAO”-nun Bolqarıstan və Polşaya təbii qaz nəqlini rublla ödəmə sisteminə əməl etməmələri səbəbi ilə qaz nəqlini dayandırması xəbəri də təbii qaz qiymətlərinin bahalaşmasına təsir edib.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı narahatlıqlar ön plana çıxdı
Rusiya-Ukrayna müharibəsinin başlaması ilə kənd təsərrüfatı mallarının istehsalı ilə bağlı narahatlıqlar ön plana çıxdı. 2022-ci il kənd təsərrüfatı mallarının bahalaşmasının üstünlük təşkil etdiyi bir il oldu.
Ötən il “Çikaqo Əmtəə Birjası”nda satılan buğda 2012-ci ilin avqustundan bu yana 13.6350$-a, qarğıdalı 8.2450$-a, soya isə 17.5925$-a çatıb ki, bu da 2012-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir. Ümumilikdə buğda 2,6%, qarğıdalı 14,4%, soya 13,8%, düyü 25,5% bahalaşıb.
Rusya-Ukrayna müharibəsinin təchizat problemlərini gündəmə gətirməsi və yüksələn enerji qiymətlərinin təsiri ilə buğda tarixi maksimumlarını görüb. Qara dəniz regionunda iki ən böyük buğda ixracatçısı olan Ukrayna və Rusiyanın müharibə vəziyyətində olması, buğda və qarğıdalı ixracının dayanacağına dair narahatlıqlar artırmışdı ki, bu da nəticədə bu əməttələrin kəskin bahalaşmasına səbəb olmuşdur.
Buğda qiymətləri, Rusiyanın taxıl anlaşmasına geri dönməsi ilə qazanclarının bir qismini geri qaytarmasına baxmayaraq ili artımla başa vurdu.
Ukraynada əkin-biçin işlərinin müharibədən mənfi təsirlənməsi və ABŞ-da soyuq hava şəraitinin əkin prosesini ləngitməsi qarğıdalı qiymətlərinin yüksəlməsinə təsir edib.
Gübrə qiymətlərinin yüksəlməsi isə soya qiymətlərinə bahalaşmasına təsir göstərib.
0.2118$-la 2017-ci ilin fevral ayından bu yana ən yüksək səviyyəsini görən şəkər 2022-ci ildə ümumilikdə 6,2% dəyər qazanıb. Xüsusilə Çində “Covid-19” tədbirlərinin yumşaldılması və Braziliyada hökumət dəyişikliyi ilə tələbatın artacağına dair narahatlıqlar şəkər qiymətlərinin bahalaşmasına səbəb oldu.
1.5595$-la 2011-ci ilin may ayından bu yana tarixi maksimumlarını görən pambıq isə qazanclarını geri qaytararaq ili 25,9% ucuzlaşma ilə başa vurub. Qeyd edək ki, ABŞ-da ixracın artması ilə əlaqədar pambıq qiymətlərində pik nöqtələr test edilsə də, xüsusilə qlobal iqtisadiyyatdakı artan resessiya narahatlıqları pambığın qiymətlərinin ucuzlaşmasına təsir göstərmişdir.
26 045$-la 2011-ci ilin sentyabrından bu yana ən yüksək səviyyələrə yüksələn qəhvə də il sonuna doğru ucuzlaşaraq 2022-ci ili 26,1% ucuzlaşma ilə bitirib. Cənubi Amerikada əlverişsiz hava şəraiti səbəbi ilə bahalaşan qəhvə qiymətləri, sonradan istehsalın artacağı yönündəki ehtimallar fonunda ucuzlaşdı.
Kakao keçən il 2,9% artıb. Fil Dişi Sahilində istehsalla bağlı narahatlıqlar kakaonun qiymətinin qalxmasına səbəb olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.