2022-ci il bazarlar üçün çətin il oldu. Bu qeyri-sabit və çətin il ərzində bir çox valyuta və səhmlər ABŞ dollarına qarşı mübarizə aparsa da, dollar investorlar üçün etibarlı sığınacaq olub.
FED.az biznes və maliyyə xəbərləri portalı 2022-ci ildə dünyanın valyuta birjalarındakı proseslərlə bağlı ölkənin aparıcı investisiya şirkəti olan «İnvetsAz»ın Tədris və Analiz Departamentinin müdiri Tusi Heydərovun şərhini təqdim edir:
Dollar İndeksində gəlirləri analiz edərkən, TL daxil olmaqla inkişaf etməkdə olan ölkələrin valyutalarını da nəzərdən keçirdik.
2022-ci ildə dünyada demək olar ki, bütün valyutalar dollar qarşısında ucuzlaşıb. Dollar İndeksi (DXY) özü isə 2021-ci il ilə müqayisədə ümumilikdə 8,5% dəyər qazanıb.
Son iki ildə əsas valyutalara nəzər salsaq, Dollara qarşısında noyabrdan başlayan rallidən əvvəl ən çox zəifləyən pullardan biri Avro oldu. Beləki, Avro 2022-ci ili Dollar qarşısında 12,7% itki ilə başa vurdu.
2022-ci ildə EURUSD məzənnəsi 1$-dan aşağı düşüb və sentyabrın 28-də 0.9535$ hədlərini test edib. Bu, nəinki ilin ən aşağı səviyyəsi, həm də 2002-ci ilin iyunundan bəri müşahidə olunan ən aşağı həddir.
Avro 1.1350$ civarında olduğu ilin əvvəli ilə oktyabrın sonunda ən aşağı səviyyəyə çatdığı dövrdə Dollar qarşısında ümumilikdə 18 sentdən çox dəyər itirmişdir.
Bununla belə, 2022-ci ilin dördüncü rübü başlayandan indiyə qədər ciddi bir geri dönüş reallaşdırmış, dekabrın 15-ə kimi, ilin ən aşağı səviyyəsindən 1.0737 səviyyələrinə qədər ümumilikdə 12 sentdən çox bahalaşaraq, altı həftə ərzində 9 aylıq enişin üçdə ikisindən çoxunu geri qaytarıb.
EURUSD cütlüyü təkcə noyabr ayında 10% dəyər qazanaraq 2020-ci ilin iyul ayından bu yana ən yaxşı aylıq performansını nümayiş etdirib.
Yapon Yeni 2021-ci ilin əvvəlindən bəri 25%-dən çox ucuzlaşaraq ən çox geriləyən valyuta olub. Yen 24 illik minimumunu qırarkən Yaponiya Mərkəzi Bankı intervensiya etmək məcburiyyətində qaldı.
Daxili siyasi böhranların təsiri ilə bu il Britaniya Funt-sterlinqi də dollar qarşısında ucuzlaşıb - 9%.
İsveçrə Frankı maliyyə və siyasi sabitliyi sayəsində 2021-ci ildən bəri Dollara qarşı ən dayanıqlı valyutalardan biri olaraq “etibarlı liman” maliyyə aləti statusunu qorumuş oldu. Beləki, 2022-ci Frank Dollar qarşısında ən az geriləyən (4,1%) valyutadır.
Kanada Dollarının (CAD) ABŞ Dollarına (USD) qarşı mübarizəsinə 2022-ci ildə artan xam neft qiymətləri də dəstək oldu. Nəticədə ötən il CAD USD qarşısında 6% dəyər itirdi.
2022-ci ildə ABŞ Dollarının möhkəmlənməsində FED-in faiz dərəcələrini sürətlə artırması və büdcə balansını kiçiltməsi təsirli olub. Dolları daha dəyərli aktivə çevirən bu addımlar həm də investorlar üçün cəlbedici alternativlər yaratdı. Bunlardan biri də Avstraliya Dollarını dollar qarşısında satmaq idi. Nəticədə AUD USD qarşısında ötən il 10,7% ucuzlaşdı.
Avropa sərhəddində Rusiya-Ukrayna müharibəsi və enerji böhranı Avrozona iqtisadiyyatını təhdid etdiyi kimi, Çinin “COVİD-19”-la mübarizədə “sıfır yoluxma siyasətləri” ölkənin digər sektorları kimi istehsal sektorunun da inkişafına ciddi maneə törətdi. Bunun nəticəsi olaraq isə CNY USD qarşısında 6,1% dəyər itirdi.
Dollar 2022-ci ilin böyük hissəsində bahalaşaraq sentyabrda 20%-lik artımla 114.8 bənd hədlərinə kimi yüksəldi. Lakin ilin son aylarında rallini itirən Dollar İndeksi ilin son 4 ayında (sentyabrdan etibarən) geri çəkilərək, indiyə qədər qazanclarının yarısından çoxunu silib.
İnvestorlar Dolların bahalaşmasının 2023-cü ildə də davam edib-etməyəcəyini diqqətlə izləyərkən, Türk Lirəsi inkişaf etməkdə olan valyutalar arasında dollar qarşısında ən çox dəyər itirənlərdən biri olub. Argentina Pesosu və Misir Lirəsinin ardınca, TRY USD qarşısında 29% ucuzlaşıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.