Nyu-York fond birjasının açılışından sonra ABŞ-ın «First Republic» bankının səhmləri çökərək 60% ucuzlaşıb.
FED.az xəbər verir ki, buna səbəb investorlar tərəfindən yeni maliyyə böhranı ilə bağlı gözlənti olub.
Səhmlərin qiyməti 70% ucuzlaşandan sonra bankın səhmləri ilə əməliyyatlar dayandırılıb. Ümumiyyətlə bu gün ABŞ fond bazarında bankların səhmlərinin ucuzlaşması müşahidə edilir.
mumilikdə birjalar mümkün maliyyə böhranı gözləntilərinə sakit reaksiya verir. Yüksək texnologiyalar sektorunda vəziyyəti göstərən «Nasdaq» indeksi 0,05% yüksəlib, «Dow Jones» indeksi 0,36% artıb, «S&P 500» indeksi isə 0,09% azalıb.
Xatırladaq ki, martın 10-da, cümə günü, ABŞ-da aktivlərinin həcminə görə, ölkənin 16-cı bankı olan «Silicon Valley Bank»ı müflis olub. Bu hadisə maliyyə böhranının baş verəcəyi barədə gözləntilərə səbəb olub.