2026-cı il noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.734.871 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
ƏDV ödəyicisi olmayan obyektlər də ƏDV qaytaracaq - "VERGİ KƏŞBƏKİ" GƏLİR
FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı 5,6 faiz artıb.
Noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 214.988 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,4 faiz çoxdur.
2026-cı ilin oktyabr ayında 1.183 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,8 faizi yerli investisiyalı, 13,2 faizi isə xarici investisiyalı müəssisələrdir.
Kommersiya qurumlarının 84 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – oktyabr aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.
2026-cı ilin noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,5 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.


















