Amazon-un bazar dəyəri ilk dəfə 2 trilyon dolları ötüb
“Nvidia” Yaxın Şərqə daxil olur
FED.az xəbər verir ki, Amazon səhmləri çərşənbə günü 3,6 faiz bahalaşaraq 193,04 dollara çatıb. Beləliklə, Amazon-un bazar dəyəri 2 trilyon dolları keçib və Amazon 2 trilyon dollarlıq şirkətlər klubunda yerini alıb.
Google-un ana şirkəti Alphabet də aprel ayında bazar dəyərini 2 trilyon dollara çatdırıb. ABŞ-ın çip istehsalçısı Nvidia və texnologiya nəhəngi Apple 3 trilyon dollarlıq şirkətlər klubuna qoşulub.
Amazon səhmləri xərcləri azaltması və süni intellekt faydalanması ilə əlaqədar olaraq bahalaşır.
Şirkətin səhmləri ilin əvvəlindən təxminən 26 faiz dəyər qazanıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.