Bakı Fond Birjasının Listing Komitəsinin 8 iyul 2026-cı il tarixli qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.
ABB istiqrazlarına yüksək investor marağı davam edir: SİFARİŞLƏR TƏKLİFİ 2 DƏFƏ ÜSTƏLƏDİ
FED.az xəbər verir ki, AZ2009004584 ISIN kodlu istiqrazlar üzrə abunə yazılışı 10 iyul 2026-cı il tarixində başlayacaq və 31 iyul 2026-cı il tarixində başa çatacaq. İstiqrazların yerləşdirilməsi isə 4 avqust 2026-cı il tarixində həyata keçiriləcək.
Buraxılış çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 50 min ədəd istiqraz yerləşdiriləcək. Beləliklə, istiqrazların ümumi buraxılış həcmi 5 milyon manat təşkil edəcək.
İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlar formasında buraxılır. Qiymətli kağızlar üzrə illik gəlirlilik faizi 10% müəyyən edilib. Hesablanmış faizlər ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.
İstiqrazların tədavül müddəti 2 il təşkil edir. Buraxılış üzrə anderrayter qismində “ABB-İnvest İnvestisiya Şirkəti” QSC çıxış edir.
Qeyd edək ki, ABB-nin yeni istiqraz buraxılışı kapital bazarında bank sektorunun aktivliyinin artması və investorlar üçün sabit gəlirli alətlərin çeşidinin genişlənməsi baxımından əhəmiyyətlidir.















