James Howells ilk Bitkoinerlərdən idi. O, 2009-cu ildə laptopu ilə 7500 bitkoin mayn etmişdi. Həmin dövrdə, kriptovalyuta asanlıqla mayn edilə bilər və çox da bahalı bir proses deyildi.
"The Guardian" yazır ki, James “Dell” laptopunda bir həftə ərzində bitkoin mayn edir və sevgilisinin laptopun çox səs-küylü və isti olduğuna görə gileylənməsindən sonra mayninq etməyi dayandırır. O, 2010-cu ildə təsadüfən laptopunun üzərinə limonad tökür və buna görə də laptopu hissələrə ayırır. Bitkoinlərin olduğu sərt disk sirmədə 3 il qalır və sonra sirməni yığışdırmaq qərarına gəlir.
Köhnə İT avadanlıqlarını yır-yığış edərkən sərt diskində pulun olduğunu yaddan çıxartmışdı və beləliklə, o, sərt diski zibilliyə tullayır. O, sonradan səhv etdiyini anladı və backup etməyə çalışdı. Lakin, artıq iş işdən keçmişdi.
O, bitkoinləri tullayan zaman 7500 bitkoinin dəyəri 600 000 dollardan artıq idi. 2013-cü ildə həmin bitkoinlərin ümumi dəyəri 5 milyon dollardan artıq olmuşdu.
Artıq 2017-ci ilin sonuna yaxınlaşırıq. Bitkoinin dəyəri 9700 dollardan artıqdır və 10 000 dollara yaxınlaşır. 7500 bitkoinin olduğu sərt disk hazırda 72 milyon dəyərində və bildiyimiz qədərilə, tapılmasını gözləyir.
Kriptovalyuta patriotu
Howells Bitkoinin gələcəyin pulu olduğuna inanır. Onun sözlərinə görə, bizim artıq hər şeyimiz var; Google, Facebook, onlar artıq öz sahələrində bazarın liderləridir. Yeganə çatışmayan isə, internet puldur.
James Howells twitter hesabından hazırda Bitcoin Cash-ə (BCH) dəstəyini nümayiş etdirir.
Moneta.az©