30 iyun 2018-ci il saat 11.00-da “Suraxanı Bazar” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər:
1. Cəmiyyətin 2017-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat.
2. Cəmiyyətin illik dividend paylarının bölünməsi haqqında.
3. Cəmiyyətin balansında olan qeyri-yaşayış sahəsinin qanunsuz istifadəsi nəticəsində səhmdarlar E.Əsədovun, A,Əsədovun və S.Məmmədovanın səhmdar cəmiyyətə vurduqları zərərin müzakirəsi və onlar haqqında qərar qəbul olunması.
4. Digər məsələlər. Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə ) iştirakı vacibdir.
Ünvan:Bakı , Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 7. İdarə heyəti
Eləcə də bax: Manatla 9,6% qazanca görə - NÖVBƏ YARANIB