2020-ci ildə “Unibank” ASC səhmdarlarına 5 082,9 min manat dividend ödəyib.
Eləcə də bax: “Unibank”ın səhmdarlarının yığıncağı - Keçiriləcək
FED.az xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, ödəniş sənədsiz, adlı, adi səhmlər üzrə həyata keçirilib.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur. (Report)