Mayın 19-da, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “Unibank KB” işçi heyətini son bir ildə - 12% Böyüdüb
FED.az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində “Zoom” proqramı vasitəsi ilə məsafədən olacaq.
Yığıncağın gündəliyinə "Unibank"ın ötən il üzrə auditdən keçmiş maliyyə hesabatlarının təsdiq edilməsi, korporativ sənədlərinin qəbul olunması və idarəetmə orqanlarına dair məsələlər daxildir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.