Azərbaycanın tikinti sektoruna bankların kredit dəstəyi güclənir. 2026-cı ilin fevralın 1-nə (yanvarın sonuna) tikinti sahəsinə yönələn kreditlərin ümumi həcmi 1 milyard 712,8 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 340,7 milyon manat və ya 24,8% artım deməkdir.
İlin əvvəli ilə müqayisədə (ötən ilin sonuna nəzərən) isə portfeldə 4,4 milyon manat (0,3%) cüzi azalma qeydə alınıb.
Xatırladaq ki, tikinti sektoruna verilən kreditlər 2025-ci ilin sonunda 1 milyard 717,2 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 1 milyard 372,1 milyon manat təşkil edirdi.












