Azərbaycanın bank sektorunda problemli istehlak kreditlərinin həcmi 2026-cı ilin fevralın 1-nə 303,9 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,7 milyon manat və ya 13,7% artım deməkdir.
Lakin qısamüddətli dinamikada fərqli mənzərə var. İlin əvvəlindən (ötən ilin sonu ilə müqayisədə) portfeldə 0,7 milyon manatlıq (0,2%) cüzi azalma qeydə alınıb.
Qeyri-işlək kreditlərin istehlak kreditləri portfelindəki payı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1%-dən 3,2%-ə yüksəlsə də, ilin əvvəlindəki 3,3%-dən bir qədər aşağıdır.
Xatırladaq ki, problemli istehlak kreditləri portfeli 2025-ci ilin sonunda 304,6 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 267,2 milyon manat idi.












