Azərbaycanda kənd təsərrüfatı sahəsinin kreditləşdirilməsi artan templə davam edir. 2026-cı ilin fevralın 1-nə (yanvarın sonuna) aqrar sektora yönələn kreditlərin həcmi 2 milyard 70 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 293,5 milyon manat və ya 16,5% artım deməkdir.
Lakin qısamüddətli dinamikada cüzi geriləmə var. İlin əvvəlindən (ötən ilin sonuna nəzərən) aqrar portfeldə 17,2 milyon manat (0,8%) azalma müşahidə olunub.
Xatırladaq ki, aqrar sektora verilən kreditlər 2025-ci ilin sonunda 2 milyard 87,2 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 1 milyard 776,5 milyon manat idi.












