Azərbaycanın informasiya və rabitə sektoruna bankların kredit qoyuluşu artıb.
2026-cı ilin fevralın 1-nə (yanvarın sonuna) bu sahəyə yönələn kreditlərin ümumi həcmi 776,8 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 153,1 milyon manat və ya 24,5% artım deməkdir.
İlin əvvəlindən (ötən ilin sonu ilə müqayisədə) isə portfeldə 8 milyon manat (1%) azalma müşahidə olunub.
Xatırladaq ki, informasiya və rabitə sektoruna verilən kreditlər 2025-ci ilin sonunda 784,8 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 623,7 milyon manat təşkil edirdi.












