Azərbaycanın biznes kreditləri portfelinin ən böyük hissəsini təşkil edən ticarət sektoruna kredit qoyuluşunda azalma qeydə alınıb. 2026-cı ilin fevralın 1-nə (yanvarın sonuna) ticarət müəssisələrinə verilən kreditlərin ümumi həcmi 4 milyard 136,3 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 84 milyon manat və ya 2% azalma deməkdir.
Portfeldəki geriləmə ilin əvvəlindən də davam edib. Ötən ilin sonuna nəzərən azalma 82,2 milyon manat (1,9%) təşkil edib.
Xatırladaq ki, ticarət sektoruna verilən kreditlər 2025-ci ilin sonunda 4 milyard 218,5 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 4 milyard 220,3 milyon manat təşkil edirdi.












