Azərbaycanın aparıcı banklarından olan «Bank VTB (Azərbaycan)» ASC 2020-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
Banklar 2020-ci ilin 3-cü rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ilin ilk 3 rübü ərzində «Bank VTB Azərbaycan»ın faiz gəlirləri 6 milyon 955 min manat, faiz xərcləri 2 milyon 188 min manat, xalis faiz gəliri 4 milyon 254 min manat təşkil edib.
Faiz gəlirləri bütün istiqamətlərdə artıb
Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 11,9% artıb, faiz xərcləri isə 10,8% azalıb.
Faiz gəlirlərinin 5,3 milyon manatı müştərilərə verilən kreditlərdən, 771 min manat isə banklara verilən kreditlərdən formalaşıb. Təqribən 400 min manat da «Bank VTB (Azərbaycan)» qiymətli kağızlardan qazanıb.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1 milyon 820 min manat, qeyri-faiz xərcləri 12 milyon 162 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə «Bank VTB (Azərbaycan)»ın qeyri-faiz xərcləri isə 7,6% artıb.
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.09.2020)
Rübü mənfəətlə başa vurub
Bank ilk 3 rübün nəticələrinə görə, mümkün zərərlər üzrə ehtiyatların yaradılmasına ayrılmış 8 milyon 674 min manatı geri çəkib. Nəticədə 9 ayın yekununda «Bank VTB (Azərbaycan)»ın xalis mənfəəti cəmi 2 milyon 585 min manat təşkil edib.
Aktivlərində kəskin artım var
Hesabatdan aydın olur ki, ilin əvvəlindən Bankın aktivləri 18,8% artaraq 187 milyon manatı keçib. Bunun 244 milyon manatı müştərilərə verilən kreditlərdi r. Xalis kredit portfeli isə 76 milyon 194 min manat olub və bu göstərici ilk 9 ayda 22,8% artıb.
Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.09.2020)
İlk 9 ayda «Bank VTB (Azərbaycan)»ın başqa banklara və kredit təşkilatlarına verdiyi kreditlər 4,2 dəfə artaraq 12,8 milyon manata yaxınlaşıb.
Depozit portfelində sürətli artım olub
İlk 9 ayda «Bank VTB (Azərbaycan)»ın cəmi öhdəlikləri 28% artaraq 124,3 milyon manatı keçib. Bu dövrdə bankdakı depozitlər ölkədə ən böyük sürətlə - 32% artaraq ilin əvvəlindki 60 milyon manatdan 77,9 milyon manata yüksəlib.
Azərbaycanda daha bir bank - GÜZƏŞTLİ KREDİTLƏRƏ BAŞLAYIB
Bankda həm fiziki şəxslərin həm də hüquqi şəxslərin depozitlərində artım olub. Fiziki şəxslərin depozitləri 11,7% artaraq 39 milyon manatı keçib. Hüquqi şəxslərin depozitlərində isə 62% artım olaraq 23,9 msilyon manatdan 39,2 milyon manata yüksəlib.
Bankın kapitalı isə ilini əvvəlindən bəri 2,4 milyon manat və ya 4% artaraq 62,7 milyon manat olub.