Azərbaycanda fəaliyyət göstərən Rusiya kapitallı Bank VTB Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa başlayıb.
Eləcə də bax: Azərbaycanda bank rəhbəri: «Proqnozları dəyişmədik - YÜKSƏK ARTIM GÖZLƏYİRİK»
Bu barədə FED.az-a bankın idarə heyətinin sədri Yevgeniy Kirin bildirib. Onun sözlərinə görə, artıq bank fondun bütün proqramlarına qoşulub.
«Biz Sahibkarlığın İnkişafı Fondunda uzun müddətdən bəri gözlədiyimiz akkreditasiyanı aldıq. Yəni indi Bank VTB Azərbaycan fondun vasitəsilə biznesin pnkişafı üçün güzəştli - illik 5%-lik kreditlər ayıra biləcək».
Bundan başqa, Bank VTB Azərbaycan pandemiyadan zərər çəkfən biznesin djəstəklənməsi üçün fondun iki yeni proqramına da qoşulub. Bunlardan biri pandemiyadan zərər çəkən bizneslərə güzəştli kreditlərin verilməsidir. Xatırladaq ki, bu kreditlərin illik faiz dərəcəsi 15%-i keçməməlidir və faizin yarısını dövlət ödəyir. Bundan başqa, həmin kreditlərin 60%-nə dövlət zəmanət verir.