FED.az Azərbaycanda fəaliyyət göstərən aparıcı banklardan olan Bank VTB Azərbaycan-ın idarə heyətinin sədri Yevgeniy Kirinlə müsahibəni təqdim edir:
Eləcə də bax: Azərbaycanda daha bir bank - GÜZƏŞTLİ KREDİTLƏRƏ BAŞLAYIB
- Cənab sədr, 2020-ci il koronavirus pandemiyasının təsiri altında keçir. Pandemiya VTB Qrup-un fəaliyyətinə necə təsir edib?
- Bildiyiniz kimi, ilk yarım il və ümumilikdə ilk 8 ay mürəkkəb keçdi. Hamı, bütün tsərrüfat subyektləri yeni şəraitdə işləməli olub. Və bu təkcə pandemiya ilə deyil, həm də digər amillərlə, o cümlədən ticarət mühəribələri və bir sıra ölkələrdəki seçki kampaniyaları ilə də bağlıdır.
Bununla yanaşı, həyat yerindədir, biz də yeni şərtlərə uyğunlaşırıq. VTB qrupun iqtisadi göstəricilərinə gəlincə, təşkilat gəlirlə işləyir, ilk yarım ildə təqribən 42 milyard rubl mənfəət əldə edib. Biz həm təmiz faiz gəliri, həm də komissiya haqları (təqribən 18%) üzrə artım müşahidə edirik. Bu dövrdə VTB qrupun ümumi kredit portfeli 4%, müştəri hesablarındakı vəsaitlər isə 8%-dən bir qədər çox yüksəlib. Yəni o qədər də sadə olmayan makroiqtisadi şəraitdə belə, müsbət dinamika müşahidə edilir.
- Bəs Bank VTB Azərbaycanla bağlı vəziyyət necədir?
- Bank VTB Azərbaycan bu ili yüksək göstəricilərlə başa vurmağı pronozlaşdırır. İlk yarım ildə «Bank VTB Azərbaycan»ın xalis mənfəəti 1,5 milyon manat, faiz gəlirləri 4,1 milyon manat, qeyri-faiz gəlirləri 1,3 milyon manat olub. İlk yarım ilə bankın işlək kredit portfeli 15,1% artaraq 82,7 milyon manata çatıb. Özü də biznes kreditləri istehlak kreditlərindən daha sürətlə artıb. Belə ki, ilk yarım ildə fiziki şəxslərin kredit portfeli 11,7% artaraq 34,4 milyon manata çatıb. Korporativ kreditlər - şirkət və sahibkarlara ayrılan kreditlər isə 18% artıb. Bankın depozit portfeli isə 5% artaraq 73,7 milyon manata yüksəlib.
Digər mühüm məqam - pandemiyanın gətirdiyi çətinliklərə baxmayaraq bu dövrdə kredit portfelinin keyfiyyətini yüksək səviyyədə saxlamaq mümkün olub. Belə ki, vaxtı keçmiş kreditlərin məbləği 3,1% azalıb. Ümumiyətlə, bankın 2017-ci ildən sonra verilən kreditlərində vaxtı keçmiş kreditlərin həcmi 2%-i keçmir. Bu mühüm göstəricidir və seçilən strategiyanın doğruluğunu göstərir. Həm ümumilikdə bankın strategiyasının, həm də risklərin idarə edilməsi üzrə strategiyanın doğruluğunu göstərir.
- Cənab sədr, ilin əvvəlində siz müsbət proqnozlar açıqlamışdınız, bu il bankda yüksək inkişaf gözlənilirdi pandemiyadan sonra bu proqonozlar dəyişibmi?
- Xeyr, pandemiya və məhdudiyyət tədbirlərinə baxmayaraq proqnozlarımızı dəyişməmişik və, bəlkə də bu çox ambisiyalı səslənər, biz 2020-ci ili yaxşı göstəricilərlə başa vurmağı planlaşdırırıq.
Belə ki, bu ilin axırına bankın xalis mənfəətinin daha 50% artaraq 2,3 milyon manat olacağını gözləyirik. İşlək kredit portfeli isə bu dövrdə 45% artaraq 120 milyon manata yüksələcək. Ümid edirik və belə fikirləşməyə əsaslarımız da var ki, bu portfelin səviyyəsini ilin sonunadək belə yüksək səviyyədə saxlaya biləcəyik. Bankın depozit portfeli isə 17% artaraq 86 milyon manata yüksələcək.
2020-ci ilin sonuna olan dövrlə bağlı proqnozlarımız biznes plana əsaslanır, şəraitin dəyişməsinə baxmayaraq biz öz biznes planlarımızı və proqnozlarımızı dəyişmirik. Başa düşürük ki, bu sadə məsələ deyil, çünki sözügedən proqnozları, strategiyanı və biznes planı quranda şərtlər fərqli idi, koronavirus yox idi. Amma biz bu planı reallaşdırmaq üçün imkanlar görürük.
- Bu dövrdə bankın fəaliyyətində hansı yeniliklər olub?
- İlk növbədə Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa başladığımızı qeyd edə bilərəm. Biz bu fondda uzun müddətdən bəri gözlədiyimiz akkreditasiyanı aldıq. Yəni indi Bank VTB Azərbaycan fondun vasitəsilə biznesin pnkişafı üçün güzəştli - illik 5%-lik kreditlər ayıra bilər.
Eyni zamanda biz fondun xətti ilə pandemiyadan zərər çəkən biznesə dəstək proqramına qoşulmuşuq və bu fondla böyük həvəslə vaə fəal əməkdaşlıq edirik. Hazırda bu fond biznesə dəstək üçün əsas alətlərdən biridir. Bankımız biznesin djəstəklənməsi üçün fondun iki proqramına da qoşulub. Bunlardan biri pandemiyadan zərər çəkən bizneslərə güzəştli kreditlərin verilməsidir. Hansı ki, faiz dərəcələrinin yarısı subsidya olunur və 60% dövlət təminatı verilir.
- Sahibkarlığın İnkişfı Fondunun xətti ilə nə qədər kredit vermək niyyətindəsiniz?
- Hazırda fonddan aldığımız ilkin limit 5 milyon manatdır. Amma bunu istifadə edib yenidən artırmaq mümkündür. Məsələn, biz digər dövlət fondu – İpoteka və kredit zəmanəti fondu ilə işləyirik və orada kredit limitini istifadə etdikcə bizim limitlər artır. Bir neçə dəfə yenidən baxaraq limiti artırıblar. Yeri gəlmişkən, bu il bizim ipoteka krediti portfelimiz 18% artığb. İpoteka kreditlərinə tələbat yaxşıdır, üstəlik kredit portfeli də «təmiz»dir.
- Pandemiya səbəbindən banka gələn müştərilərin və müraciətərin sayı kəskin azalıb, belə vəziyyətdə nə etdiniz?
- Əlbəttə ki, pendemiya və karantin dövrü bizim fəaliyyətimizə təsirini göstərib. Amma bəzi hallarda baş verən dəyişiklik bizim planlarımızla üst-üstə düşüb. Məsələn, karantin dövründə bank operativ şəkildə müştərilərə məsafədən xidmət rejiminə keçib. Məsələ bundadır ki, biz indiyə qədər də öz strategiymız çərçivəsində müştərilərlə məsafədən işləməyə texniki cəhətdən hazır idik. Bu halda isə yaranan vəziyyət üst-üstə düşməklə yanaşı, işin nəticəsidir. Biz indiyədək də öz məhsullarımızı məsafədən xidmətə uyğunlaşdırırdıq və yeni məhsullar hazırlayırdıq. Statistikanı nəzərə alsaq, biz bu vəzifənin öhdəsindən gəlmişik. Bununla yanaşı, biz rahatlınmırıq, başa düşürük i, bu rejimi qoruyub saxlamaq lazımdır. Yeri gəlmişkən, olduqca maraqlı yeni məhsullar hazırlamışıq və onları sizə də nümayiş etdirəcəyik.
- Pandemiya zamanı bankın kollektivi necə işləyib?
- Pandemiya və məhdudiyyətlər dövründə bank fasiləsiz işləyib və ümumilikdə çətinliklər yaranmayıb. Müştərilər də çətinlik hiss etməyiblər. Eyni zamanda biz əməkdaşlarımızın da sağlamlığının qayğısına qalmışıq. İşçilərin bir hissəsi, təqribən 120%-i ofisdən işləyib, qalanları evdən fəaliyyət göstəriblər. Ofisdə də lazımi tədbirlər görmüşdük, mütəmadi olaraq dezinfeksiyalar və sair tədbirlər aparılıb.
- Cənab sədr, pandemiyadan əziyyət çəkən bizneslərə dəstək tədbirləri onların işini yüngülləşdirirmi?
- Pandemiyanın biznesə təsirinin azaldılması üzrə dövlət dəstəyi tədbirlərindən danışırıqsa, çox vacibdir ki, bütün baş verənlərə ümumi problem, yəni hamının yaşadığı hal kimi yanaşaq. Bu o deməkdir ki, pandemiyanın gətirdiyi problemlərin həlli vəzifəsini təkcə dövlətin üzərinə qoymaq düz deyil. Həm dövlət, həm biznes və banklar, həm əhali - biz bu böhranı birgə yaşayıb adlamalıyıq. Vəziyyətin bütün çətinliyini bir iştirakçının, məsələn, biznesin və ya dövlətin üzərinə qoymaq doğru olmazdı. Bütün iştirakçılar burada öz məsuliyyətini dərk edib ümumi işə dəstək verməli və onun nəticələrini hamımız bölüşməliyik. Məncə belə olarsa, böhranın nəticələri də daha yumşaq olacaq.
- Siz bildirdiniz ki, pandemiya dövrnüdə problemli kreditlər azalıb, halbuki bu dövrdə biznesdə yaranmış çətinliklərə görə problemli kreditlər artır. Məsələn, müştərilər krediti qaytara bilmədiklərinə görə sizə müraciət ediblərmi?
- Əlbəttə, ümumilikdə Bank VTB Azərbaycan-a bu dövrdə daxil olan müraciətlər əsasında 4 mlyon manat kredit restrukturizasiya edilib. Bu xüsusilə kiçik biznesə aid kreditlər idi.
Amma qeyd edim ki, bu vəziyyətdən də sui-istifadə etmək olmaz. Yəni hansısa biznes hətta imkanı olduğu halda da krediti ödəməməyə davam etsə, bunun nəticəsi sonradan bumeranq kimi özünə qayıdacaq. Məsələn, onun bankk kreditlərinə çıxışı çətinləşhəcək və sair.
İndi belə bir əhvali-ruhiyyə var ki, restrukturizasiya edək, banka ödəniş etməyək. Yaxşı, bu dövrdə bunu başa böüşmək olar. Yəni banklar müvəqqəti də olsa amortizatora çevrilir. Amma ödənişlər davamlı olaraq kəsiləndə banklar amortizatordan sporsora çevrilirlər. Bunun əvəzində tərəfdaşlara - banklar da tərəfdaşdır- məsuliyyətləi yanaşma bu çətinlikləri birgə keçirməyə imkan verir.
Eyni yanaşma banklara da aiddir. Bank olaraq biz də başa düşürük ki, ticarət, turizm, restoranlar və idman zalları bağlanıbsa, bu vəziyyətdə biznesdən hökmən kredit ödəməsini tələb etmək doğru deyil. Sən bununla yanlız müştərini itirmiş və reputasiyanı korlamış olursan, və bu yaxşı heç nəyə gətirmir.
İndi, məhdudiyyətlərin zəiflədiyi bir vaxtda isə bu ödənişlər məsələsini müzakirə etmək olar. Biz baha düşüurük ki, şirkətlərin dövriyyə kapitalı əvvəlki həcmdə deyil. Bütün vəsaitlər itirilib. Digər tərəfdən, unutmayaq ki, bank özə də bir biznesdir. Banka kredit qaytarmamaq, mal göndərənin pulunu verməmək qədər qeyri-adidir.
- Biznesdən müraciətlər yenə daxil olarsa restrukturizasiya tədbirləri davam edəcəkmi?
- Bilirsiniz, banklar bəzilərini fikirləşdiyi kimi, yırtıcı deyillər və onlar biznesin pullarını nəyin bahasına olursa-olsun əllərindən almaq fikrində deyillər. Belə olsa, biz kiminlə işləyərik?! Biz sadəcə bu zəncirin bir halqasıyıq. Başa düşürük ki, hansısa biznesdə restrukturizasiya vacibdir və biznesə dəstək olacaqsa hökmən buna gedirik. Amma biz görəndə ki, biznes heç bir həyat əlaməti göstərmir. Və ən əsası, biznes sahibinin və rəhbərinin bu vəziyyəti dəyişmək fikri yoxdur, onda vaxt itirmədən adekvat addımlar atılmalıdır.
- Cənab sədr, siz, dediyiniz kimi, Sahibkarlığın İnkişafı fondu ilə işləməyə başlamısınız. Amma belə bir məsələ var. İndiyədək - pandemiya baş verməzdən əvvəl bu bizneslər normal rejimdə işləyirdilər və onların kredit qaytarmaq qabiliyyəti qat-qat yaxşı idi. İndi isə onların hamısı pandemiyadan təsirlənib, belə bizneslərə kredit vermək riskli deyilmi və nəticədə həm banka, həm də həmin sahibkarlara əlavə problem yaratmayacaq ki?
- Əvvəla onu deyim ki, bankların ümumi kredit portfelinə baxanda məlum olur ki, Bank VTB Azərbaycanın kredit portfelinin artım sürəti ölkə üzrə ümumi sürəti qabaqlayır. Deməli, kimlərinsə kreditləri azalır, yəni aktivliyi zəifləyir. Kreditin riskliyi məsələsinə gəlincə, bu iməsələdə müştərinni qiymətləndirmək, yəni onun ödəniş qabiliyyətini müəyyən etmək üçün standartlardan istifadə edilir. Bu standartlar kifayət qədər sərtdir və yoxlanılıbdır.
Standartların nə qədər effektli olduğunu göstərmək üçün qeyd edim ki, 2017-ci ildən bəri verilən kreditlərdə gecikmə faizi 2%-dən azdır. Biznes kreditlərində isə bu rəqəm 1%-dən də aşağıdır. Bu göstəricilər bizim yanaşmamızın doğru olduğunu göstərir. O ki qaldı indi kredit vermək üçün yaxşı vaxt olub-olmamasına, biz hətta bazarın sürətli artdığı bir vaxtda da ehtiyatla kredit verirdik. Bəli, hazırda bəzi sahələrdə kredit qabiliyyəti azalıb, bəziləri ümumiyyətlə dayanıb. Amma Fondun elan etdiyi 500 milyon manatlıq kredit porfeli kredit bazarına mənfi təsmir edəcək qədər miqyaslı portfel deyil.
- Belə kreditlərə dövlət 60% zəmanət verir, bu zəmanət banklar üçün kifayətdirmi, yəni kreditin təhlükəsizliyinə qarantiya verirmi?
- Mən ümumiyyətlə belə qarantiyanın olmasını olduqca müsğbət qiymətləndirirəm, əvvəllər bu umumiyyətlə yox idi. Ümumilikdə isə biz müştərinin girovundan əvvəl, onun ödəniş qabiliyyəti və biznesinin sağlamlığına nəzər salırıq. Məsələn, kimsə bizə ən yaxşı və likvid girov təqdim edirsə, amma onun biznesi sağlam deyilsə, biz onun kredit müraciətinə imtina veririk. Çünki biz lombard deyilik və biz kreditin qaytarılmasını istəyirik. Girova əsaslanmış kredit vermək istəmirik.
Kreditin qaytarlması girovdan deyil, biznesin düzgün qiymətləndirilməsindən asılıdır. 60%-dan əlavə qalan 40%-lik hissə toksik deyil, çünki əvvəla müştəri bu hissəyə də girov rəsmiləşdirir. İkincisi, hətta rəsmiləşdirməsə də, biz kreditləri biznesi ən etibarlı olan və bizim korporativ reytinqlərimizdə ən yüksək yer tutan bizneslərə veririk. Digər tərəfdən, fondun xətti ilə kreditlərin verilməsi zamanı əvvəlcə qərarı biz verib sonra fonda müraciət edirik. Yəni kor-koranə kredit vermirik.
- Sizcə qarşıdakı dövrdə bank sistemini nə gözləyir?
- Hazırda vəziyyət elədir ki, dövlət dəstəyi göstərilir və bu dövr üçün uyğundur. Amma hamını bir məsəldə dühşündürür, biz sabih necə işləyəcəyik, necə yaşayacağıq və necə qazanacağıq. Dəyişikliklər var və bəziləri qalacaq, bura müştəri təcrübəsi, davranışları və sair aiddir. Və belə şokları heç də bütün şirkətlər yaşaya bilmir.
Məsələyə ümumi baxmaq lazımdır və məncə hətta bəzi biznes modellər də dəyişməlidir. Məsələn, loukoster təyyarə şirkətləri ilə 20 dollara başqa ölkəyə uçmaq olardı, amma bazarda kiçik – 10-15% dəyişiklik olan kimi belə şirkətlər davam gətirmədilər. Təyyarələr yenə uçacaqlar? amma biznes model dəyişməli olacavq.
Bundan başqa, əvvəllər biz internetlə yalnız sənaye malları alırdıq, ərzağı isə özümüz alırdıq, indi isə artıq ərzağı da internetlə almağa başlamışıq. Və sair belə misallar gətirmək olar.
Banklarla nə baş verəcək? - sualına gəlincə – rəqəmsal kanallara və xidmətlərə üstünlük vermək lazım olacaq. Bu yeni sahələr və yeni müştərilər əldə etmək məsələsi deyil – bu artıq biznesi qoruyub saxlamaq məsələsidir.
İkinci məsələ – əgər rəqəmsal kanalları genişləndiririksə, bunlar sadə olmalıdır. Yəni bizim miüşğtərilər İT sahəni bilən adamlar deyil, adi vətəndaşlardır. Və rəqəmsal xidmətlər elə sadə olmalıdır ki, ondan yaşlılar da istifadə etsinlər. Miəsələn, mənim mənim tanışlarımdan birinin 70 yaşlı anası da mobil bankinqdən istifadə edir.
Rəqəmsallaşma nəticəsində müşqtərilərin və əməliyyatların sayı artır. Bu da vəziyyətə təsir edir. Doğrudur, filiallara tələbat azalmayıb və heç kim filialların bağlanmasından danışmır. Çünki fiziki şəbəkəyə tələbat azalmayıb, insanlar hələ də filiallara çox gəlirlər. Ümumiyyətlə isə filial şəbəkəsi yaratmaqdansa, məsafədən xidmət kanalları qurmaq daha səmərəli ola bilər.