Azərbaycanda depozit portfeli ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların depozit portfelinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım "Azər Türk Bank"da 2 dəfə olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın depozit portfeli 506,8 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 29,4% və ya 121 milyon manat göstərici ilə "Ziraat Bank Azərbaycan" gəlir.
Depozitlərini 23,5% və ya 21 milyon manat artıran "Bank VTB Azərbaycan" üçüncüdür.
"Kapital Bank"ın depozitləri ötən ilin sonu ilə müqayisədə 20,2% və ya 1 milyard 279 milyon manat dəyərində artıb.
"Bank Of Baku"nun depozitlərində 12,5% və ya 64,6 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 3,8% (1,8 milyon manat) artımla "Bank Avrasiya" yer alıb.
İlk onluqda digər 4 bank "Bank Respublika" (43,2 milyon manat və ya 3%), "Unibank" (28,8 milyon manat və ya 2,4%), və "Yapı Kredi Bank Azərbaycan" (7,7 milyon manat və ya 2,1%) olub.