30 sentyabr 2025-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 8 milyard 627 milyon 47 min manat təşkil edib.
- Ölkənin ən böyük bankından 261 milyon xalis mənfəət - KREDİT PORTFELİ REKORD HƏDDƏ - HESABAT
- Azərbaycan Beynəlxalq Bankının kredit portfeli - 452 MİLYON MANAT BÖYÜYÜB
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Depozit portfelinin 3 milyard 147 milyon min manatı fiziki şəxslərin, 5 milyard 480 milyon min manatı isə hüquqi şəxslərin payına düşüb.
İlin əvvəlindən fiziki şəxslərin depozitləri 397 milyon 821 min manat (14,5%) artıb.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi depozit portfeli 9 milyard 19 milyon 150 min manat təşkil edirdi. Bu məbləğin 2 milyard 749 milyon 134 min manatı fiziki, 6 milyard 270 milyon 2 min manatı isə hüquqi şəxslərin depozitləri idi.