Azərbaycan Beynəlxalq Bankı (ABB) 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, hesabat bankın həm gəlirlərinin, həm də mənfəətinin əhəmiyyətli dərəcədə artdığını göstərib.
Bank 2025-ci ilin 9 ayını 261,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 26,2 milyon manat və ya 11,2% çoxdur.
Bankın faiz gəlirləri 805,6 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 137,5 milyon manat (20,6%) artımdır.
Bu artımın əsas səbəbi müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu gəlirlər 602 milyon manata yüksəlib ki, bu da illik 121,8 milyon manat (25,4%) artım deməkdir.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 133,4 milyon manat olub. Bu da illik 30 milyon manat (28,9%) artıma bərabərdir
Digər faiz gəlirləri isə 35,2 milyon manat (4,8 dəfə) artaraq 44,4 milyon manata yüksəlib.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri isə 24,0 milyon manata bərabər olub.
Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar 9,5 milyon manat olub. Nəticədə, illik 5,2 milyon manat (2,2 dəfə) artım baş verib.
Hesabat dövründə faiz xərcləri 283,4 milyon manat təşkil edib. İllik müqayisədə xərclərdə 117,8 milyon manat (71,1%) artım qeydə alınıb.
Depozitlər üzrə faizlər 93,7 milyon manat (89,6%) artaraq 198,3 milyon manata çatıb.
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 45,5 milyon manat olub. Bu da illik 23,1 milyon manat (2 dəfə) artımdır.
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 11,9 milyon manat təşkil edib.
Pul bazarı alətlərinə ödənilən faizlər isə 19,5 milyon manat təşkil edib.
Nəticədə ölkənin ən böyük bankının xalis faiz gəlirləri 512,7 milyon manata çatıb. Bu da illik 14,5 milyon manat (2,9%) artıma bərabərdir.
Bankın qeyri-faiz gəlirləri 326,5 milyon manat olub. İllik müqayisədə bu növ gəlirlərdə 98,3 milyon manat (43,1%) artım qeydə alınıb.
Alınan haqq və komissiya gəliri 34,7 milyon manat (21,1%) artaraq 198,6 milyon manata yüksəlib.
Xarici valyutadan gəlir 58,2 milyon manat olub. Bu da illik 15,2 milyon manat (35,3%) artımdır.
Digər gəlirlər isə 65,4 milyon manat təşkil edib, il ərzində 44,9 milyon manat (3,2 dəfə) artım qeydə alınıb.
Qeyri-faiz xərcləri 439,9 milyon manata bərabər olub. Xərclərdə 87,2 milyon manat (24,7%) artım baş verib.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 33,9 milyon manat (26,3%) artaraq 162,5 milyon manata çatıb
Ümumi və inzibati xərclər 26,8 milyon manat, amortizasiya xərcləri 20 milyon manat təşkil edib.
Digər xərclər isə 230,6 milyon manat təşkil edib. İl ərzində 50,1 milyon manat (27,7%) artım olub.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 84,3 milyon manat olub.
Bu amillərin birgə təsiri ilə Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 315,0 milyon manat olub. Bu da illik 25,7 milyon manat (8,9%) artımdır.
Mənfəət vergisi 53,7 milyon manat təşkil edib.
Nəticədə bank 2025-ci ilin 9 ayını 261,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 26,2 milyon manat və ya 11,2% çoxdur.
ABB bu ilin sentyabrın sonuna 13 milyard 325 milyon manat cəmi aktivlərə malik olub.
Nağd pul vəsaitləri 2 milyard 738 milyon manata, ticarət və investisiya qiymətli kağızları isə 3 milyard 204 milyon manata bərabər olub.
30 sentyabr 2025-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərilərə verdiyi kreditlərin həcmi 6 milyard 802 milyon 550 min manata çatıb.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 451 milyon 749 min manat və ya 7,1% artım deməkdir.
Kredit portfelinin tərkibində ən böyük paya sahib olan biznes kreditlərinin həcmi 167 milyon 643 min manat və ya 5,4% artaraq 3 milyard 277 milyon manata yüksəlib.
Bankın istehlak kreditləri portfeli 199 milyon 401 min manat və ya 11,1% artaraq 1 milyard 998 milyon manat təşkil edib. Daşınmaz əmlak kreditləri isə 84 milyon 705 min manat və ya 5,9% artaraq 1 milyard 528 milyon manata çatıb.
Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatların həcmi 563 milyon 573 min manat təşkil edib.
Bundan başqa banklar və digər maliyyə institutlarındakı depozitlər 488,3 milyon manat, əmlak və avadanlıqlar 205,8 milyon manat, digər aktivlər isə 423,7 milyon manat təşkil edib.
Hesabat dövründə Azərbaycan Beynəlxalq Bankının cəmi öhdəlikləri 11 milyard 214 milyon manat olub. .
Depozitlər 8 milyard 627 milyon manata təşkil edib.
Fiziki şəxslərin depozitlərində 397,8 milyon manat (14,5%) artım qeydə alınıb, hesabat dövründə əhalinin banklardakı əmanətləri 3 milyard 147 milyon manat olub..
Hüquqi şəxslərin depozitləri isə 5 milyard 480 milyon manata bərabər olub.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 374,4 milyon manat (43,6%) artımla 1 milyard 232 milyon manata yüksəlib..
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər isə 816,2 milyon manata bərabər olub.
Bankın cəmi kapitalı 2 milyard 111 milyon manat təşkil edib. Bu isə ötən ilin son ilə müqayisədə 60,8 milyon manat (3,0%) artımdır.
Səhmdar kapitalı 1 milyard 281 milyon manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülmüş mənfəət 61,3 milyon manat (12,6%) artaraq 546,9 milyon manata çatıb.
Ümumi ehtiyatlar isə 281,9 milyon manat olub.