30 sentyabr 2025-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərilərə verdiyi kreditlərin həcmi 6 milyard 802 milyon 550 min manata çatıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 451 milyon 749 min manat və ya 7,1% artım deməkdir.
Kredit portfelinin tərkibində ən böyük paya sahib olan biznes kreditlərinin həcmi 167 milyon 643 min manat və ya 5,4% artaraq 3 milyard 277 milyon manata yüksəlib.
Bankın istehlak kreditləri portfeli 199 milyon 401 min manat və ya 11,1% artaraq 1 milyard 998 milyon manat təşkil edib. Daşınmaz əmlak kreditləri isə 84 milyon 705 min manat və ya 5,9% artaraq 1 milyard 528 milyon manata çatıb.
Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatların həcmi 563 milyon 573 min manat təşkil edib. Nəticədə, bankın xalis kredit portfeli 374 milyon 915 min manat və ya 6,4% artaraq 6 milyard 239 milyon manat olub.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində ABB-nin ümumi kredit portfeli 6 milyard 351 milyon manat, xalis kredit portfeli isə 5 milyard 864 milyon manat təşkil etmişdi.