Azərbaycanda fəaliyyət göstərən banklar audit yoxlamasını əsasən "Bakertilly" şirkətinə sifariş edirlər.
FED.az xəbər verir ki, sözügedən şirkət 26 bankdan 8-nin 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətini audit edib. Bu, 2018-ci illə müqayisədə 2 vahid çoxdur.
Auditor şirkəti: «Həmin bankın bağlana biləcəyini - HESABATDA YAZMIŞDIQ»
Müştərisi olan bankların sayına görə 2-ci yerdə "Ernst & Young" şirkəti qərarlaşıb. Bu şirkət ötən il üzrə 5 banka audit rəyi verib. Bu isə əvvəlki il üzrə göstəricidən 1 vahid azdır.
KPMG isə 2019-cu il üzrə 4 bankla əməkdaşlıq edib. Bu isə 2018-ci ilə nisbətən 2 vahid azdır.
Əvəzində "Grant Thornton" və "PwC" şirkətləri xidmət göstərdiyi bankların sayını müvafiq olaraq 2 vahid və 1 vahid artıraraq 3-ə çatdırıb.
Azərbaycan banklarını bu şirkətlər yoxlayır – BANKLAR, AUDİTORLAR, TAM SİYAHI
RSM və "Crowe" şirkətlərinin audit etdiyi bankların sayı isə dəyişməyərək 1 qalıb.
"Best Audit" şirkətinin əməkdaşlıq etdiyi bankların sayı 2-dən 1-ə düşüb. 2018-ci il üzrə 1 banka xidmət göstərmiş NEXİA EA şirkəti isə 2019-cu il üzrə audit etməyə bank tapa bilməyib.
Maliyyə Naziri: «Həmin bankın sədri mənə bildirdi ki…»
Maraqlıdır ki, bankların tərəfdaş kimi seçdiyi audit şirkətlərinin arasında Böyük 4-lüyə daxil olan "Deloitte and Touche" şirkəti yoxdur. 4-lüyə aid qalan 3 audit şirkəti ("Ernst & Young", KPMG və "PwC") isə 2018-ci ildə 14 bankdan iş aldığı halda 2019-cu ildə bu rəqəm 12-yə düşüb.
Ümumiyyətlə isə, 26 bankdan 6-sı audit şirkətini dəyişib (Report).
Banklar |
Auditi aparan şirkət |
Auditi aparan şirkət |
|
1 |
Access Bank |
PwC |
Ernst & Young |
2 |
AFB Bank |
KPMG |
KPMG |
3 |
Azərbaycan Beynəlxalq Bankı |
Ernst & Young |
Ernst & Young |
4 |
Azərbaycan Sənaye Bankı |
Grant Thornton |
RSM |
5 |
Azər-Türk Bank |
Ernst & Young |
Ernst & Young |
6 |
Bank Avrasiya |
Bakertilly |
Bakertilly |
7 |
Bank of Baku |
Bakertilly |
KPMG |
8 |
Bank BTB |
KPMG |
KPMG |
9 |
Bank Respublika |
KPMG |
KPMG |
10 |
Premium Bank |
Grant Thornton |
Grant Thornton |
11 |
Bank VTB Azərbaycan |
Ernst & Young |
Ernst & Young |
12 |
Express Bank |
PwC |
PwC |
13 |
Günay Bank |
RSM |
Nexia EA |
14 |
Kapital Bank |
Ernst & Young |
Ernst & Young |
15 |
İran Milli Bankının Bakı filialı |
Best Audit |
Best Audit |
16 |
Muğan Bank |
Bakertilly |
Bakertilly |
17 |
Naxçıvan Bank |
Bakertilly |
Bakertilly |
18 |
Yelo Bank |
Bakertilly |
KPMG |
19 |
Pakistan Milli Bankının Bakı filialı |
Grant Thornton |
Best Audit |
20 |
PAŞA Bank |
Ernst & Young |
Ernst & Young |
21 |
Rabitəbank |
KPMG |
KPMG |
22 |
Turan Bank |
Bakertilly |
Bakertilly |
23 |
Unibank |
Bakertilly |
Bakertilly |
24 |
Xalq Bank |
Crowe |
Crowe |
25 |
Yapı Kredi Bank Azərbaycan |
PwC |
PwC |
26 |
Ziraat Bank Azərbaycan |
Bakertilly |
Bakertilly |