Bir qədər əvvəl Azərbaycanda bankların fəaliyyətini dayandırması və oların auditorları ilə bağlı Mərkəzi Bank rəhbərliyinin açıqlamaları ölkənin bank sistemində audit məsələsinə diqqəti cəlb edib.
Bağlanan bankları vaxtilə - BU AUDİTORLAR YOXLAYIB - SİYAHI
FED.az xəbər verir ki, ölkə iqtisadiyatının korporativ cəhətdən ən inkişaf etmiş və intizamlı sahəsi sayılan maliyyə sektorunda sabit audit bazarı formalaşıb. Başqa sahələrdə audit tələbləri ilə bağlı məqamlar maliyyə sektorundakı kimi ciddi olmadığına görə, bankların auditi şirkətlər üçün reputasiya baxımından mühümdür.
Auditor şirkəti: «Həmin bankın bağlana biləcəyini - HESABATDA YAZMIŞDIQ»
Son illər audit bazarında dəyişikliklər var. «Böyük Dördlüyə» daxil olan şirkətlər bazarına yarıın çox hissəsinə nəzarət etsələr də, həm bazarın daralması, həm də yerli və xarici brentlərin bazara daxil olması vəziyyəti dəyişib.
Son 3 hesabat illərində (2016-2017-2018) bank sektorunun əsas auditorları «Ernst ənd Yanq» və «KPMG» şirkətlərini saymaq olar. Hər il bu şirkətlər 5-6 bankın auditini aparırlar. Özü də xüsusilə «Ernst ənd Yanq» barədə demək olar ki, onun müştəriləri daha etibarlıdırlar və şirkətlə artıq uzun illərdir ki, əməkdaşlıq edirlər.
2016-cı ildə bazarda 3-cü aktiv şirkəti tapmaq çətin idi, bu yerə 3 bankıın auditini aparan "Grant Thornton Azerbaijan"ı aid etmək olardı.
2017-ci ildən vəziyyət dəyişib. "Baker Tilly Azerbaijan" şirkəti mini sıçrayışla bazardakı müştərilərinin sayını 2-dən 6-ya qaldırıb və 2018-də də bu auditoriyanı qoruyub saxlayır. «Böyük Dörd»lüyə üzv olan digər şirkət - «Praysvoterhaus Kupers Audit Azərbaycan» isə ildə iki bankla kifayətlənir. Məşhur «Deloitte & Touche LLC» isə bu il bank sektorunda audit kimi payını itirib.
FED.az ölkə banklarının auditorlarını təqdim edir: