“AccessBank” “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.
"Accessbank" 6 min müştəriyə – KREDİT GÜZƏŞTİ EDİB
Bankdan FED.az-a verilən məlumata görə, hesabata əsasən, 2019-cu ilin 31 dekabr tarixinə görə, bankın aktivləri 863 milyon manat təşkil edib. Belə ki, bankın aktivlərinin həcmində il ərzində 10.8% artım baş verib.
Bundan başqa, “AccessBank”ın kredit portfeli 8.1% artaraq 564 milyon manata çatıb. Bankın depozit portfelində isə 34.3% artım qeydə alınıb.
“AccessBank”a depozit yerləşdir, faiz bonusunu anındaca qazan!
Həmçinin bankın xalis faiz mənfəəti 49.8 milyon manata çatıb. Bu, 2018-ci illə müqayisədə 41.7% çoxdur.
Bundan başqa, “AccessBank” 2019-cu ildə xalis mənfəətə çıxıb - 4.7 milyon manat.
2019-cu ilin 31 dekabr tarixinə əsasən, “AccessBank”ın kapitalı 94 milyon manat, subordinasiya borcu isə 22.4 milyon manat təşkil edib.
“AccessBank”ın ötən il üzrə maliyyə göstəricilərini şərh edən Anar Həsənov bildirib:
”Bankın 2019-cu il üzrə audit hesabatı PwC şirkəti tərəfindən həyata keçirilib. Hesabat bir daha sübut etdi ki, bankın maliyyə göstəriciləri beynəlxalq standartlara uyğun olaraq şəffaf tərtib edilib və bankın maliyyə durumunu özündə tamamilə əks etdirir. Bankın 2019-cu ildə - rekapitallaşdırma ilində əldə etdiyi mənfəət stabilliyin və düzgün seçilmiş strategiyanın göstəricisidir. Missiyamıza sadiq qalaraq, biz Azərbaycan iqtisadiyyatının təməlini təşkil edən mikro, kiçik və orta sahibkarlığa hərtərəfli dəstək olmaqda davam edirik.”
Hesabata buradan baxmaq olar:
https://accessbank.az/upload/iblock/f9a/AccessBank%20CJSC%20FS_31.12.2019_EN.pdf
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.