“AccessBank” iyun ayının 1-dən yeni depozit kampaniyasına start verir.
FED.az xəbər verir ki, kampaniya çərçivəsində bankda AZN valyutasında müddətli əmanət hesabı açan fiziki şəxslər illik 11%-dək qazanmaq imkanı əldə edəcəklər. Belə ki, depozit yerləşdirən müştərilər əmanət məbləğinin 1%-dək bonus qazana bilərlər. Əmanətçilər bonus faizlərini əmanət açdıqları gün əldə edə biləcək və şəxsi vəsaitləri kimi istifadə etmək imkanı qazanacaqlar. Əlavə olaraq, əmanət müştərilərinə depozit məbləğindən asılı olaraq, bank tərəfindən müsbət qalığa illik 5% gəlir hesablanan kart da hədiyyə olunacaq.
“AccessBank”a depozit yerləşdirməyin üstünlükləri:
- Tamamilə beynəxalq səhmdarlara malik mənfəətli bankın müştərisi olursunuz
- Sərfəli depozit faizi əldə edirsiniz
- Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur
Ətraflı https://bit.ly/3bwtChq
Əmanət sifariş etmək üçün https://bit.ly/35SZYS5
Kampaniya 1 sentyabr 2020-ci il tarixinədək qüvvədə olacaq.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.