Almaniyanın avtomobil nəhəngi «Volkswagen»in CEO-su Herbert Diess, bu ilin sonuna qədər Manisada avtomobil zavodu açmaq planlarının təxirə salındığını bildirərək hələ qərarımız qətiləşmədi deyib.
FED.az xəbər verir ki, şirkət rəhbəri bildirib ki, «Bir tərəfıdən Volkswagen’in siyasi cəhətdən tərəfsiz qərar alması tələb olunur, digər tərəfdən isə daha əxlaqi baxış səbəbindən Türkiyədə fabrik qərarının yenidən qiymətləndirmə gözləntisi var».
Eləcə də bax: Türkiyənin avtomobil ixrac etdiyi ölkələr arasında Azərbaycan - BİRİNCİDİR
Diess etiraf edib ki, Türkiyəyə yatırım iqtisadi cəhətdən uybundur, amma buna baxmayaraq qərar ilin sonuna qədər təxirə salınıb: «Türkiyə böyük bazar və belə istehsal üçün çox uyğun yer olsa da, son dəyişikliklər səbəbindən belə addım atıldı».
«Volkswagen» rəhbəri açıq deməsə də, işarə edib ki, Türkiyəyə yatırım qərarı siyasi məsələdir. O bildirib ki, şirkət dünyanın hər yerində istehsalla məşğuldur: «Çin, Rusiya, Cənubi Afrika, Braziliya, Hindistan və ABŞ kimi ölkələrdə istehsalı var. Bu ölkələrdə yerli qanunlarla öz etik dəyərlərimizi uyğunlaşdırırıq. Bilirik ki, bu ölkələrin hər birinin demokratiyaya öz baxışı var. Dünya əhalisinin yalnız 4,5%i tam demokratik ölkələrdə yaşayır. Qalan 95.5%-lik hissənin də inkişafı ilə maraqlanmalıyıq, qərarlarımızda çətin dəyişikliklər gözləyirik»-deyə Diess bildirib.
Amma şirət rəhbəri Türkiyə ilə bağlı son qərarın hələ verilmədiyini də bildirib. Qeyd edək ki, bir qədər əvvəl «Volkswagen» Türkiyənin Suriyadakı «Sülh çeşməsi (Barış Punarı)» əməliyyatına görə, Türkiyəyə yatırımı dayandırdığını açıqlamışdı.