Çinin Chery şirkəti Türkiyənin Samsun şəhərində 1,5-2 milyard dollar civarında sərmayə ilə zavodunu quracaq.
FED.az xəbər verir ki, zavodun 1 milyon 500 min kvadratmetr sahədə qurulması və birinci mərhələdə 25 min nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Türkiyədə elektrik və hibrid avtomobil istehsalı hədəfləyən Chery-nin 1,5 milyard dollardan çox sərmayə ilə ildə 150 minə yaxın nəqliyyat vasitəsi istehsal edəcəyi gözlənilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, Çin markası BYD-nin Manisada 1 milyard dollarlıq zavod quracağını xatırladan Ərdoğan, “Başqa bir Çin şirkəti də Samsuna sərmayə yatırır. Hazırlıq tamamlanıb. Tezliklə Samsunda bu brendin zavodunun təməlinin qoyulduğunu görəcəyik”,- deyib.
Son zamanlar Chery şirkəti SUV seqmentində önə çıxan modelləri ilə diqqət çəkir. Türkiyədə ən çox satılan modellər arasında Chery-nin Tiggo 8 Pro, Tiggo 7 Pro, Tiggo 4 Pro və Omoda modelləri də yer tutur.
Elektrik və hibrid texnologiyasında sərfəli qiymətlər təklif edən Chery kimi Çin markalarının Türkiyədə istehsala başlaması ilə qiymətlərin aşağı düşəcəyi gözlənilir. Belə ki, yerli istehsal əlavə gömrük rüsumlarından azaddır.
Türkiyənin Sənaye və texnologiya naziri Fatih Kaçır bu ayın ortalarında Samsuna investisiya üçün Chery ilə danışıqların son mərhələdə olduğunu bildirmişdi. (Marja)