Prezident Donald Tramp ABŞ və Yaponiya arasında danışıqlar hələ yekunlaşmadığı üçün Yaponiya avtomobillərinə 25 faizlik gömrük rüsumunun saxlanılması ideyasını gündəmə gətirib.
FED.az xəbər verir ki, iki ölkə arasında ticarət razılaşması əldə olunmasa, gələn həftə qüvvəyə minəcək əlavə tariflər Yaponiyaya da təsir edəcək.
Tramp "Fox News" telekanalına müsahibəsində Yaponiyanın ABŞ-ın ticarət defisitini azalda biləcəyi sahələrə işarə edərək, "Yəni biz Yaponiyaya avtomobillər göndərmirik. Onlar bizim maşınlarımızı almırlar, eləmi? Amma biz onların milyonlarla avtomobilini alırıq. Bu, ədalətli deyil. Bizim neftimiz var. Onlar çoxlu neft ala bilərlər. Bir çox başqa şeylər ala bilərlər" deyib.
Bu bəyanatlar iki tərəfin hələ də razılığa gəlməkdən uzaq olduğunu və Trampın avtomobillərə tətbiq edilən 25 faizlik rüsumun saxlanması ehtimalının olduğunu göstərir. (Marja)