Amerikalı «Toyota» sahibi 2 dəfə bu markanın maşınlarıilə 1 milyon millik rekordu vurub.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, sürücü bu rekordunu «Toyota»nın məşhur pikapı olan «Toyota Tundra» ilə yeniləyib.
Amerikalı Vik Şepard unikal nəticə əldə edib. Onun «Toyota Tundra»sı növbəti dəfə 1 milyon mil (1,6 milyon kilometr) məsafəni qət edib. Bu Vikin milyrn mili qət edən 2-ci maşınıdır.
Şepard ilk maşını 2007-ci ildə alıb, həmin maşın 1 milyon mil məsafəni qət etdikdə «Toyota» şirkəti minnətdarlıq əlaməti olaraq ona yeni pikap bağışlamışdı. Amma sürücü köhnə maşını istifadə etməkdə davam edib və 2014-cü ildə köhnə «Tundra» yenidən 1 milyon mili keçib. Bütün bu vaxt ərzində maşının sahibi onun yalnız generatorunu və sürət qutusunu dəyişib. Bu detallar maşın 780 000 mil getdikdən sonra korlanmağa başlamışdı. Onları dəyişməzdən əvvəl Şepard maşını həmin vəziyyətdə daha 80 min mil, yəni təqribən 130 min kilometr də sürüb.