Yaponiyanın "Toyota Motor" şirkəti qlobal satışlarının 2023-cü ilin fevral ayında rekord həddə çatdığını və qlobal istehsalının cari ilin ardıcıl ikinci ayında da artdığını açıqlayıb. Şirkətin istehsalı və satışı pandemiya ilə əlaqəli komponent çatışmazlığından sonra bərpa olunur.
Yeni qərardan sonra xaricdən gətirilən avtomobillər – NƏ QƏDƏR BAHALAŞACAQ – HESABLAMA
FED.az xəbər verir ki, 2023-cü ilin fevral ayında Toyota-nın qlobal satışları 10,3% artaraq 773 min 271 avtomobilə çatıb. Keçən il fevral ayı şirkət üçün xüsusilə pis ay olub, yarımkeçiricilərin çatışmazlığı səbəbindən satışlar kəskin şəkildə aşağı düşmüşdü.
Toyota markalı avtomobillərin qlobal istehsalı 2% artaraq 755 min 839 ədəd təşkil edib ki, bu da 750 000 ədəd hədəfdən bir qədər yüksəkdir. Yanvarda artım 8,8% təşkil etmişdi.
Yaponiyada istehsal güclü şəkildə bərpa olunmağa davam edir. (Marja)