2025-ci il mayın 6-da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhərində keçirilən hərrac zamanı ümumilikdə 17 nəqliyyat vasitəsi satılıb.
20 min manatlıq Land Cruiser kimə qismət olacaq? - HƏRRAC, SİYAHI
FED.az xəbər verir ki, satışa çıxarılan avtomobillər 1992-ci ildən 2013-cü ilə qədər istehsal edilmiş müxtəlif markalı nəqliyyat vasitələri olub. Hərracda iştirak edən avtomobillər dövlət qurumlarının, xüsusilə Prezidentin Təhlükəsizlik Xidmətinin balansında olub.
İlkin satış qiymətinə görə ən bahalı avtomobil Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məxsus 2013-cü il buraxılışlı Toyota Camry olub. Bu avtomobilin ilkin satış qiyməti 15 min 200 manat təşkil edib. İlkin satış qiymətinə görə ən ucuz avtomobil isə Səhiyyə Nazirliyinin balansında olan 1992-ci il istehsalı UAZ 3962 markalı xüsusi sanitar avtomobilidir – bu nəqliyyat vasitəsi hərraca cəmi 1 min manatla çıxarılıb.
Yekun satış qiymətinə görə ən bahalı nəqliyyat vasitəsi də eyni Toyota Camry olub və bu avtomobil ilkin qiymətlə – yəni 15 min 200 manata satılıb. Yekun qiymətə görə ən ucuz satılan avtomobil isə Daxili İşlər Nazirliyinin satışa çıxardığı 5 müxtəlif avtomobildən ibarət paket olub. Bu nəqliyyat vasitələrinin yekun satış qiyməti cəmi 5 min 800 manat təşkil edib. Həmçinin Prezidentin Təhlükəsizlik Xidmətinin balansında olan QAZ-330900-1352 markalı avtomobilin satış qiyməti də 5 min manatla aşağı sıralarda qərarlaşıb.
İlkin satış qiyməti ilə yekun satış qiyməti arasında ən çox fərq yaranan nəqliyyat vasitəsi 2011-ci il buraxılışlı Nissan Maxima olub. Bu avtomobil ilkin olaraq 4 min 500 manata təklif olunub, lakin hərrac nəticəsində qiyməti 8 min 200 manata yüksəlib. Beləliklə, aradakı fərq 3 min 700 manat təşkil edir. Bu da onu göstərir ki, bəzi avtomobillərə hərrac zamanı alıcılar tərəfindən böyük maraq göstərilib və nəticədə qiymət xeyli artıb.
Bakı şəhəri üzrə 6 may 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı :
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası |
Mitsubishi Pajero minik |
77 YF 118 |
2005 |
11800 |
11800 |
09/25 01.04.2025 |
2 |
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası |
Toyota Camry minik |
77 YF 115 |
2013 |
15200 |
15200 |
09/25 01.04.2025 |
3 |
Azərbaycan Respublikasının Baş Prokurorluğu |
Nissan Teana minik |
10 AZ 178 |
2011 |
9600 |
9600 |
09/25 01.04.2025 |
4 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti |
2 ədəd eyni markalı nəqliyyat vasitəsi |
Siyahı əlavə olunur |
7800 |
13300 |
09/25 01.04.2025 |
|
5 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti |
Mitsubishi L200 minik |
10 PM 396 |
2007 |
8500 |
8700 |
09/25 01.04.2025 |
6 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti |
Hyundai Sonata minik |
10 PM 857 |
2007 |
3700 |
6183 |
09/25 01.04.2025 |
7 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti |
Mitsubishi L200 minik |
10 PM 782 |
2007 |
8500 |
8500 |
09/25 01.04.2025 |
8 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti |
QAZ-330900-1352 Xüsusi |
10 PM 339 |
2007 |
2000 |
5000 |
09/25 01.04.2025 |
9 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti |
Nissan Patrol minik |
10 PM 749 |
2006 |
8600 |
8600 |
09/25 01.04.2025 |
10 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti |
Nissan Patrol minik |
10 PM 788 |
2007 |
9000 |
10500 |
09/25 01.04.2025 |
11 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti |
Nissan Maxima minik |
10 Pm 737 |
2011 |
4500 |
8200 |
09/25 01.04.2025 |
12 |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" publik hüquqi şəxsi |
UAZ 3962 xüsusi sanitar |
10 AV 985 |
1992 |
1000 |
2600 |
09/25 01.04.2025 |
13 |
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi |
5 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi |
Siyahı əlavə olunur |
4850 |
5800 |
09/25 01.04.2025 |