«Toyota» şirkəti 2 milyona yaxın RAV4 krossoverini geri çağırır.
Start qiyməti 4 500 manat olan “Hyundai Accent” markalı avtomobil - 6 545 MANATA SATILDI - SİYAHI
Ödənişli yolda sürət həddi təyin edilib - 300 manat cərimə
FED.az xəbər verir ki, buna səbəb həmin maşınların alovlanmaq təhlükəsinin olmasıdır.
Xatırladaq ki, cəmi 2 həftə əvvəl «Toyota» 800 mindən çox «Highlander» krossoverinin geri çağırılması barədə qərar qəbul etmişdi.
Budəfəki qərar Şimali Amerika bazarı üçün 2013-cü ildən 2018-ci ilə qədər istehsal olunmuş 2 milyona yaxın RAV4 krossoverini əhatə edir. Problemin mənbəyi akkumulyatorun etibarsız bərkidilməsidir, buna görə də avtomobil manevri zamanı akkumulyator hərəkət edə bilər və hətta qısaqapanmaya və yanğına səbəb ola bilər.