“Skoda Auto” oktyabrın 18-dən ilin sonuna qədər Çexiyadakı fabriklərində istehsalı əhəmiyyətli dərəcədə azaldacağı və hətta dayandıracağını elan edib.
Eləcə də bax: BMW Rusiyada - Avtomobillərin Qiymətini Qaldırdı
FED.az xəbər verir ki, şirkət rəhbərliyinin sözçüsü Tomaş Koteranın sözlərinə görə, istehsalın dayandırılması avtomobil elektronikasının yığılmasında istifadə olunan yarımkeçiricilərin çatışmazlığı ilə əlaqədardır.
“Elektron komponentlərin qlobal böhranı “Skoda”dan da yan keçmədi”, – deyə avtomobil istehsalçısının nümayəndəsi bildirib.
Şirkət yeni modellər buraxmaqdansa, artıq istehsalda olan maşınların işlənməsinə qərar verib. Şirkət nümayəndəsinin sözlərinə görə, yaxın iki ay yarım ərzində anbarlarda olan təxminən 50 min avtomobilin montajının başa çatdırılması düşünülür. (Oxu.az)