Çexiyanın «Skoda» şirkəti, hansı ki, Almaniyanın «Volkswagen» konserninə məxsusdur, 2024-cü ilin ilk yarısında Avropada ən çox satılan 4-cü avtomobil brendi olub.
FED.az xəbər verir ki, bu barədə şirkət məlumat yayaraq bildirib ki, bu ilin ilk 6 ayında Avropada 448,6 min ədəd «Skoda» satılıb – bu 2023-cü illə müqayisədə 4% artıqdır.
Rəqəmlər göstərir ki, «Skoda»nın ən çox satılan modeli «Skoda Octavia»dır. Belə ki, bu ilin ilk 6 ayında 120 min «Octavia» satılıb. Bu əvvəlki ildən 25% artıqdır. Satışların artması «Skoda»nın maliyyə vəziyyətini yaxşılaşdırıb – ilk 6 ayda şirkətin gəlirləri 30 milyard çex kronu və ya 1,2 milyard avro olub. Bu əvvəlki ildən 30% artıq deməkdir.