16 noyabr 2021-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
FED.az xəbər verir ki, hərracda Sahibkarlığın İnkişafı Fondunun 3 maşını satışa çıxarılıb.
Qeyd edək ki, məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64